Logistika üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

  • Daxil olan müştəri müraciətlərinin qəbul edilib tam və vaxtında cavablandırılması;
  • Müştəri müraciətlərinə əsasən kommersiya təkliflərinin  hazırlanması və müqavilələrin bağlanması;
  • Şirkətin xidməti haqqında müştərilərin tam məlumatlandırılması;
  • Ən uyğun qiymət və marşrutun seçilməsi, təsdiqlənmiş sifarişin icraya ötürülməsi və nəzarətdə saxlanılması; 
  • Sifariş olunan, daşınan yüklərin qeydiyyatının aparılması və səyahət boyu yükün izlənilməsi;
  • Daşınma zamanı yaranan problemlərin və dəyişikliklərin operativ şəkildə həll edilməsi;
  • Malların keyfiyyətli daşınmasının təmin edilməsi;
  • Yükün daşınması üçün nəqliyyat vasitəsinin təşkil edilməsi; 
  • Müştərilər tərəfindən göndərilən sorğuları operativ və dəqiq cavablandırılması;
  • Yüklərin daşınma xərclərinin qeydiyyatının aparılması;
  • Daşınma ilə bağlı zəruri sənədlərin toplanılması, yoxlanılması və aidiyyəti üzrə təqdim edilməsi;
  • Daşınma zamanı yaranmış əlavə xərclərin, cərimələrin qeydiyyatının apaılması;
  • Gömrük prosedurları üçün tələb olunan sənədlərin, nəqliyyat xərcinin təqdim edilməsi;
  • İcra olunan sifarişin dəyərinin müştəri tərəfindən ödənilməsinin təmin edilməsi;
  •  Gündəlik əməliyyatların və hesabatların icra edilməsi eyni zamanda daxili proqram təminatına işlənilməsi;
  • Daşıyıcı şirkətlərlə yazışmaların aparılması, əlaqənin qurulması və müştəri bazasının yığılması;
  • Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə Rəhbərinə hesabatın verilməsi. 

Namizəd üçün tələblər:

  • Ali təhsili;
  • 2 il iş təcrübəsi (Logistika sahəsində xüsusilə tır, vaqon, konteyner);
  • Azərbaycan və Rus dillərində sərbəst, İngilis dilində yaxşı danışıq bacarığı;
  • MS Ofis proqramlarından istifadə bacarığı (xüsusilə excel);
  • Müştəri ilə işləmək bacarığı, məsuliyyətli, tələbkar, detallara qarşı diqqətli və operativ olmalı.

Əmək Şəraiti:

  • AR-nın ƏM - nə uyğun sənədləşmə;
  • İş Rejimi: Həftənin 5 günü;
  • İş saatı: 09:00 - dan 18:00 - dək; nahar fasiləsi 13:00 - dan 14:00 - dək.
  • Ünvan: Bakı şəhəri, Globus Center.

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “Logistika üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.