İxrac üzrə mütəxəssis

  • Agrarco
  • Elanın qoyulma tarixi: 19.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin strateji hədəflərinə uyğun olaraq daxili və xarici bazarın araşdırılması;
  • Xarici ticarət əlaqələrinin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
  • Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
  • İxrac əməliyyatları istiqamətində danışıqların aparılması;
  • İxrac əməliyyatları üzrə şirkətin maraqları çərçivəsində partnyorlar və müştərilər üçün uyğun qiymət siyasətinin müəyyənləşdirilməsi ilə bağlı təklif və tövsiyələrin təqdim edilməsi;
  • Ticarətin maliyyələşdirilməsi istiqamətində ödəniş şərtləri ilə bağlı danışıqların aparılması;
  • İxrac əməliyyatları xidmətləri üzrə müqavilələrin hazırlanması prosesini şərtlərin müəyyənləşdirilməsindən son imzaya qədər təqib edilməsi;
  • İxrac əməliyyatları üzrə müvafiq sənədləşmələrin vaxtlı-vaxtında təmin edilməsi;
  • İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasının təmin edilməsi;
  • İxrac əməliyyatları üzrə təmin edilən sənədlərin düzgünlüyünün yoxlanılması;
  • İxrac üzrə satış planının yerinə yetirilməsi;
  • Statistik hesabatların və satışın artırılması istiqamətində partnyor və müştərilər üçün təqdimatların tərtib edilməsi;
  • Şirkətin yerli və xarici tədbirlərdə, sərgilərdə təmsil edilməsi;
  • Müştərilər tərəfindən ödəniş prosesinə nəzarət edilməsi;
  • İxrac sənədlərinin (sertifikatlar, aktlar və s.) hazırlanması;
  • Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqları yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil (Marketinq, satış və ya digər analoji sahələrdə);
  • Ən azı 1 il iş təcrübəsi;
  • Yüksək Azərbaycan, İngilis və Rus dilləri biliyi;
  • MS Office bilikləri (Word, Excel, Outlook, Power Point);
  • 1C proqramı;
  • SMM və reklam üzrə biliklər;
  • Qrafik dizayn proqramlarında işləmə bacarığı;
  • Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarığı;
  • Dürüstlük, məsuliyyətlilik, çeviklik;
  • Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
  • Komandada işləmə bacarığı.

Digər öhdəliklər:

  • Qanunvericilik və təşkilatdaxili prosedurların tələblərinə riayət etmək;
  • Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək;
  • Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
  • Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.

Maraqlanan namizədlər elektron məktubun “Mövzu” hissəsində İxrac üzrə mütəxəssis vəzifəsi qeyd etməklə CV-ləri [email protected] e-mail ünvanına göndərə bilərlər.