Təchizat üzrə mütəxəssis

  • Amal Group
  • Elanın qoyulma tarixi: 13.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil,
  • Kompüter bilikləri: MS Office proqramları (excel-əla səviyyədə), 1C,  digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur, 
  • İş təcrübəsi: 2 ildən az olmayaraq iş stajı; tikinti və mebel istehsalı sahələri üzrə satınalmada iş stajı əlavə üstünlük hesab olunur.
  • Analitik düşüncə qabiliyyəti və analiz etmə bacarığı. 
  • Punktual və ünsiyyətcil olması.

Vəzifə öhdəlikləri:

  • Təyin edilmiş anbar qalığı və sifarişlər əsasında təchizatçı sifarişlərinin yerləşdirilməsi və təqibi 
  • Təyin olunmuş məhsullar üzrə təchizatçı bazasını genişləndirmək.
  • Təchizatçı bazaları və onların qiymət cədvəllərini müntəzəm olaraq yeniləmək
  • Təchizatçılarla mütəmadi əlaqədə olmaq, ehtimal edilən və gözlənilən qiymət dəyişiklikləri barədə əvvəlcədən məlumatlı olmaq və buna uyğun müvafiq tədbirlər görmək və ya planlama aparmaq. 
  • Öhdəliyində olan kateqoriyalar üzrə yeni məhsulların araşdırılması və alternativlərin tapılması. 
  • Müvafiq məlumatların satış şöbəsinə ətraflı şəkildə təqdim olunması 
  • Verilən sifarişlər əsasında mal - materialların texniki göstəricilərini   dəqiqləşdirərək siyahılarını hazırlamaq və alınmasını təşkil etmək;
  • Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək;
  • Alınan mal - materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək;
  • Limit üzrə alınan malların verilməsi və texniki təchizat üzrə planın yerinə yetirilməsinə nəzarət etmək;
  • Malgöndərən təşkilatlarla, müəssisələrlə yazışmalar aparmaq və bunun müqabilində müvafiq qaydalara uyğun müqavilələr hazırlamaq.

Bilik və bacarıqlar: 

  • Dövlət satınalma haqqında qanun və digər narmativ sənədlər.
  • 1 C proqramından sərbəst istifadə etməsi.
  • Anbar işinin qurulması prosesini bilməsi.
  • Təchizatçılar tərəfindən göndərilən mal-materialların keyfiyyətini müəyyən etməyi bacarmalı.
  • Mal-materialların adlarını və istifadəsinə dair texniki xüsusiyyətlərini bilməsi.

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00

İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 

Əmək haqqı: 800-1000 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “təchizat üzrə mütəxəssisi" adını qeyd edərək göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. 

Email: [email protected]