İşin təsviri
Vəzifə öhdəlikləri:
- Sxem və göstərişləri oxuyur, elektrik təhlükəsizliyi üzrə təlimatlara riayət edir;
- Tələblərə uyğun olaraq mürəkkəb olmayan elektrik xətləri, avadanlıqları, şəbəkə açarlarını yerləşdirir və quraşdırır;
- Təhlükəni və nasazlıqları aşkar edərək texniki nəzarətə və təmirə ehtiyacın olub-olmadığını müəyyən etmək üçün sistemləri və elektrik hissələrini yoxlayır;
- Ommetr, voltmetr və ossilloskop kimi ölçü cihazlarından istifadə etməklə naqillərdə, avadanlıqlarda və şəbəkə açarlarında elektrik dövriyyəsini yoxlamaq məqsədilə test prosedurlarını yerinə yetirir;
- Böyük həcmdə həyata keçirilən iş prosesində inşaat hissələri, quraşdırıcı alət və ya sistemlərin göstəricilərini müəyyən etmək məqsədilə yoxlama avadanlıqlarını quraşdırır və idarə edir.
- İstifadə üzrə təlimatlar, eləcə də müvafiq əl alətləri və dəzgahlardan istifadə etməklə naqilləri, avadanlıqları və şəbəkə açarlarını hazırlayır və quraşdırır;
- Elektrik sxemində qeyd olunan zəruri düzəlişlərə əsasən naqil və avadanlıqları hazırlayır və quraşdırır;
- Təhlükəsizlik və nəzarət qurğularını quraşdırır;
- Texniki göstəricilərə əsasən naqillər, sistem elementləri və dəzgahların elektrik xətlərini quraşdırır;
- Təlimatlar və qaydalara əsasən zəruri halda münasib texniki üsulları tətbiq etməklə xüsusi hissələr, örtüklər və qoruyucu vasitələri quraşdırır;
- Funksional düzəlişlər etmək məqsədilə elektrik xətlərini yeniləyir;
- Göstərilən normalara əsasən sınaq və ölçmə avadanlıqlarından istifadə etməklə nasazlıqları və nöqsanları müəyyənləşdirir;
- Prototip və elektrik sistemlərini birləşdirir;
- Müvafiq alətlər və ölçmə cihazlarından istifadə etməklə modifikasiyaları iş planına uyğun həyata keçirir;
- Nasaz elektrik hissələrini çıxarır və təmir aparatı;yaxud yenisi ilə əvəz edir
- Normalara əsasən dövri texniki xidmətin göstərilməsi qaydalarına riayət edir;
- Elektrik xəttləri və avadanlıqlarını təchizat mənbələrinə qoşur;
- Kabel və avadanlıqları izolyasiya edir;
- Qurğulara təhlükəsizlik üzrə xəbərdarlıq və fərqləndirici nişanlar vurur;
- Tikinti və quraşdırma işləri gedən ictimai yerlərdə xəbərdarlıq nişanları yerləşdirir;
- Sınaq prosesi haqqında məlumatı təhlil edir və şərh verir;
- Alternativ və təkmil həll yolları tövsiyə edir;
- Elektrik montyoruna dair sadə işıqlandırma sistemini və ya onun xüsusi hissələrini quraşdırır;
- Rəhbərlik tərəfindən verilən vəzifə funksiyasına müvafiq tapşırıqları yerinə yetirir.
- İşdən azad edilən zaman icra etdiyi işlərin son hesabatlarını son iş gününə qədər işləyib hazırlayaraq təhvil-təslim etməli.
Müsahibə üçün müraciət ünvanı:
- Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
İş qrafiki və qeydlər:
- 6 günlük iş qrafiki
- İş yerinin ünvanları: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)
Tələblət
- İş stajı; 2/3- ildən az olmayaraq
- Yaş həddi: 25-45
- Qeyd: Bəy namizədlər.
Əmək haqqı: Müsahibə əsasında təyin edilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Elektrik ustası” adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.