Korporativ satış və xidmət üzrə menecer

İşin təsviri

İş haqqında məlumat:

  • Bazarın təhlili, araşdırmaların və monitoringlərin aparılması
  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması
  • Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi
  • Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək
  • Ümumi fəaliyyətə dair rəhbərliyə hesabatların verilməsi
  • Həftədə 5 iş günü, saat 09:00-18:00
  • Əmək haqqı: 1500-1800AZN

Namizədə qarşı tələblər:

  • Ali təhsil
  • Yaş: 25-35
  • Azərbaycan, rus və ingilis dillərində səlis danışıq
  • Korporativ satış üzrə 2 il iş təcrübəsi
  • Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmaq         
  • Təqdimat bacarığının olması
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
  • Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Korporativ Satış və Xidmət üzrə Menecer” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.