Performance Center Co


Performance Center şirkəti 1997-ci ildə ABŞ istehsalı olan Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi dileri kimi fəaliyyətə başlayıb. 2004-cü ilin sentyabr ayından etibarən “GM AVTOVAZ” şirkəti ilə bağlanmış diler müqaviləsinə əsasən Rusiya istehsalı olan Chevrolet Niva avtomobillərini təqdim edir.

2006-ci ilin fevral ayından etibarən “Performance Center” Şirkəti Koreya istehsalı olan Chevrolet avtomobillərin sifarişinə və satışına başlayıb.

2019-cu ilin avqust ayında isə Performance Center şirkəti Özbəkistan istehsalı olan Ravon avtomobillərinin Azərbaycandakı rəsmi distribütorluğunu aldı və satışlarını həyata keçirməyə başladı.

Performance Center həmçinin bu avtomobillərin texniki xidməti və ehtiyat hissələrinin sifarişi ilə məşğuldur. Xaricdə təhsil almış ustaları və texniki xidmət işçiləri ilə məşhurlaşan servis mərkəzi öz qapılarını nəinki General Motors avtomobillərinə, həmçinin bütün avtomobillər üçün açmışdır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?