İdxal və ixrac (təchizat) əməliyyatları üzrə mütəxəssis

  • ALCO MMC
  • Elanın qoyulma tarixi: 29.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • İqtisadiyyat və ya maliyyə sahəsində ali təhsil;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı; 
  • Komandada işləmək, yaradıcı və innovativ yanaşmalara açıq olma bacarığı;
  • Yüksək səviyyədə xarici dil bilikləri (İngilis, Rus və digər dillər);
  • Ünsiyyət bacarıqları, müştərilərlə düzgün davranış qaydaları, komanda ilə işləmə bacarığı, analitik düşünmə, təşəbbüskarlıq;
  • Marketinq sahəsində biliklər;
  • Şirkəti yerli və xarici tədbirlərdə və görüşlərdə təmsil etmək.

Vəzifə funksiyaları:

  • Şirkətin strateji hədəflərinə uyğun olaraq daxili və xarici bazarı araşdırmaq;
  • Xarici şirkətlərlə əməkdaşlığın qurulmasında iştirak etmək;
  • Beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflər hazırlamaq;
  • Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrini qorumaq və inkişaf etdirmək;
  • İdxal və ixrac əməliyyatları istiqamətində danışıqlar aparmaq;
  • İdxal və ixrac əməliyyatları xidmətlər üzrə müqavilələrin hazırlanması prosesini şərtlərin müəyyənləşdirilməsindən son imzaya qədər təqib etmək;
  • Sifariş olunan mal və xidmətlərə görə qiymətlərin alınması və sərfəli qiyməti müəyyənləşdirmək;
  • İdxal və ixrac əməliyyatları xidmətlər üzrə müqavilələrin hazırlanmasında iştirak etmək;
  • İdxal və ixrac əməliyyatı xidmətləri üzrə rəhbərliyin həvalə etdiyi digər funksiyalar.

İş yeri: AZ1095, Azərbaycan, Bakı ş., Səbail rayonu, V. Məmmədov 3 (Polşa səfirliyinin yanı)

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq

CV-lərinizi e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Tel: 012-505-68-10/11

Email: [email protected]