Alış, satış və logistika üzrə mütəxəssis

İşin təsviri

Tələblər:

  • Bakı şəhəri ərazisində yaşaması;
  • Ali (bakalavr və magistr) təhsilini yüksək nəticələrlə bitirən, istedadlı, təşəbbüskar, yüksək məntiqi və analiz qabiliyyətinin olması(təcrübə tələb edilmir); 
  • İşdə dəqiqlik , detallara fikir vermə qabiliyyətinə, beynəlxalq əlaqələr sahəsində biliyə malik olması, ünsiyyət qurma qabiliyyətinə sahib olması;
  • Azərbaycan, rus və ingilis dillərini səlis bilməsi.

Vəzifə funksiyaları:

  • Elektron maillər vasitəsilə şirkət siyasətinə uyğun qaydada səlis yazışmalar aparmaq;
  • Şirkətlərlə danışıqlar aparmaq, alış,satış və logistika işini tam şəkildə təşkil etmək və işin axışını izləmək;
  • Mümkün qədər görülmüş işlə bağlı yaranmış problemləri anındaca həll etmək;
  • Daim yeni müştəri, icraçı axtarışında olmaq;
  • Şirkətdaxili nizam-intizam qaydalarına riayət etmək;
  • ISO sertifikatlarının tələblərinə uyğun sənədləşmə və prosedurlara əməl etmək;
  • Rəhbərliyin göstəriş və tapşırıqlarını icra etmək.

Əmək haqqı: Tutduğu vəzifədən asılı olaraq 1200-2000 azn.

Elana əlavə edilən formada CV-lərinizi mail ünvanına göndərməyiniz xahiş olunur.

Tel: 012-505-68-10/11