İşin təsviri
İş qrafiki: 6 günlük iş rejimi
Vəzifə öhdəlikləri:
- Çilingər vaqon, yük maşını dolum-boşaltma əməliyyatlarında xəttlərin hazırlıqlarını etməyə cavabdehdir.
- İstehsal olunan yağların blenderlerinə qatqıların əlavə olunması işlərini düzgün yerinə yetirməyə cavabdehdir.
- Ehtiyac olduqda təmir ( yağlama, araqatın dəyişməyi, filtr dəyişmək, kompressor qayışı və s. ) işlərini həyata keçirir.
- Flexitank dolumları zamanı flexitank hazırlıq işlərini (konteyner iç təmizliyini,flexitankın hazırlanması və s.) zamanında yerinə yetirməyə cavabdehdir.
- Mexanik avadanlıqlara baxış,sınaq və profilaktik təmir işlərini təşkil etməlidir.
- Avadanlığı yerləşdirmək,texniki təchizatını və iş yerlərinin təşkili planlarını tərtib etmək,istehsalat gücünü və avadanlığın yüklənməsini hesablamaq kimi əməliyyatlara cavabdehdir.
- Avadanlıqların işləməsini yaxşılaşdıran səmərələşdirici təklifləri dəyərləndirib rəy bildirmək və onların tətbiqinə kömək etməyə cavabdehdir.
Namizədə tələblər:
- Təhsil: Ali təhsili; peşə-ixisas və ya orta təhsili;
- Yaş həddi: 22-35
- Dil bilikləri: Azərbaycan dili - səlis (şifahi və yazılı), rus və ingilis dilləri - arzuolunandır.
- Təcrübə: Sürtkü yağlarının və ya digər oxşar məhsulların istehsalı sahəsində minimum 1 il
Davranış səriştəlikləri:
- Stressə davamlılıq;
- Ünsiyyət və komanda ilə işləmə;
- Problem həlletmə və detallara diqqətlə yanaşma;
- Dəqiqlik, operativlik və nəticəyönümlülük;
- Məsuliyyət və təşəbbüskarlıq.
Son müraciət tarixi: Elanın dərc edildiyi tarixdən etibarən 30 gün.
Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşdiriləcəkdir.
Qeyd: Şirkətin Azərbaycanda fəaliyyət göstərdiyi ünvanda yaxın ərazilərdə yaşayan şəxslərə üstünlük verilir.
Ünvan: Azərbaycan - AZ5002, Sumqayıt ş., Kimyaçılar küç., 1, Sumqayıt Kimya Sənaye Parkı
Göstərilən tələblərə cavab verən namizədlərdən vəzifə adını “Mövzu” bölməsində qeyd etməklə CV-lərin [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.