Kimyaçı Mühəndis

İşin təsviri

İş şəraiti:

  • İş yeri: Sumqayıt Sənaye Parkı, Kimyaçılar küçəsi 1
  • İş rejimi: Tam ştat

Vəzifə Öhdəlikləri:

  • Kimyəvi xammal və hazır məhsulların tərkibinə nəzarət, analizlərin aparılması;
  • Laborator testlərin həyata keçirilməsi və nəticələrin sənədləşdirilməsi;
  • İstehsalat prosesində tətbiq olunan kimyəvi reagent və formulaların optimallaşdırılması;
  • Keyfiyyətə nəzarət prosedurlarının icrasında iştirak;
  • İstehsalatda təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
  • Texnoloji proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • ISO standartları çərçivəsində hesabatların hazırlanması.

Tələblər:

  • Sumqayıt və ona yaxın ərazilərdə yaşaması;
  • 35 yaşa qədər kişi və ya qadın olması;
  • Kimya mühəndisliyi, kimya texnologiyası və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Minimum 1–3 il iş təcrübəsi (istehsalat, laboratoriya və ya kimya sənayesi üstünlükdür);
  • Azərbaycan, ingilis və rus dillərini səlis bilməsi;
  • Laborator cihazlarla (pH-metr, viskozimetr, spektrofotometr və s.) işləmə bacarığı;
  • MS Office proqramlarında sərbəstlik;
  • Analitik düşüncə, məsuliyyətlilik və komanda ilə işləmə bacarığı;
  • Qrafiklə işləməyi bacarmaq və tapşırıqları vaxtında icra etmək.

Təklif Edilir:

  • Rəsmi əmək müqaviləsi və sosial paket;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Nahar / bonus sistemi (şirkətə uyğun olaraq əlavə edilə bilər);
  • Rəqabətqabiliyyətli əmək haqqı: 1450 Anz-dən başlayır, namizədin peşəkarlıq səviyyəsinə uyğun olaraq artandır.

Müraciət Qaydası:

CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Kimyaçı Mühəndis” başlığı ilə göndərməyiniz xahiş olunur.

Qeyd: Tələblərlə cavab verməyən şəxslərin CV-nə baxılmayacaq.