Satınalma üzrə Mütəxəssis

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 04.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi məlumatlar:

  • Ali təhsilli olmalı;
  • Satınalma sahəsində ən azı 1 illik iş təcrübəsi olmalı;
  • Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;
  • Excel biliyi yaxşı səviyyədə olmalı;
  • Analiz etmə bacarığına sahib olmalı;
  • Ölkə xarici ezamiyyətə gedə bilməlidir.

İş haqqında məlumat:

  • Satınalma işinin təşkil edilməsi;
  • Məhsul tələblərinin şirkətin qaydalarına uyğun olaraq vaxtında və sərfəli satın alınmasının və tədarükünün təşkil edilməsi;
  • Tədarükçülərlə əlaqəli işlərin idarə edilməsi;
  • Tədarükçülərin siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi;
  • Bazar araşdırması edərək yeni potensial Tədarükçülərin və Təchizatçıların tapılması;
  • Səfərlər etməklə Tədarükçülərin qiymətləndirilməsi, Tədarükçülərin satınalma şərtlərinin uyğunlaşdırılması;
  • Alınan məhsulların logistika fəaliyyətlərinin tənzimlənməsi;
  • Satınalma ilə bağlı sənədlərin müvafiq şöbələrə göndərilməsinin təşkil edilməsi;
  • Məhsul çıxışı ilə bağlı sənədləşdirmə işlərinin aparılmasının təşkil edilməsi.

İş şərtləri: Həftə içi 5 gün

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Satınalma üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi