İnsan Resursları üzrə mütəxəssis (Təlim və İnkişaf üzrə)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin təlim ehtiyacı analizi və ehtiyaclara əsasən illik təlim planının hazırlanması;
  • Təlimlərin təşkili və effektivliyinin qiymətləndirilməsi;
  • Daxili təlimçilərin müəyyən edilməsi, davamlı inkişafının təmini;
  • Təlimlərin monitorinqi, qiymətləndirilməsi və təlim proqramlarının proses və biznes səviyyədə təsirini yoxlamaq üçün effektivliyinin ölçülməsi;
  • Təlim və inkişaf üzrə hesabatların və təqdimatların hazırlanması və ən yaxşı təcrübə ilə müqayisəsi (benchmark);
  • Daxili kommunikasiya kanallarının təkmilləşdirilməsinə dəstək;
  • Səriştəliliklərin inkişaf metodlarının tətbiqi;
  • Performansın qiymətləndirilməsi prossesinin  təşkilini həyata keçirilməsi;
  • İşçi fəaliyyətinin qiymətləndirilməsi prosesinin icrası;
  • Lazım gələrsə insan resurslarının digər funksiyalarına dəstək verilməsi.

Bilik və bacarıqlar:

  • Ali təhsil;
  • İnsan resurslarının idarə edilməsinin təlim və inkişaf istiqaməti üzrə iş təcrübəsi;
  • MS office proqramları bilikləri;
  • İR sahəsində peşakar sertifikatın olması üstünlükdür (SHRM və ya CİPD)
  • Azərbaycan dilini səlis, İngilis dilini əla, Rus dilini orta bilməli;
  • Effektiv ünsiyyət bacarıqları
  • Əla səviyyədə təşəbbüskarlıq və təşkilatçılıq bacarığı
  • Komandada işləmək bacarığı

CV-nizi 16.03.2022-ci il tarixinədək aşağıda qeyd olunan linkə daxil olaraq göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.

https://www.caspianic.com/#5#career17