Satınalma üzrə mütəxəssis (Market şəbəkələri)

  • MSDIS Holding
  • Elanın qoyulma tarixi: 01.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Tədarükçü firmalarla əməkdaşlıq etmək;
  • Qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi. 
  • Faktura və qaimələrin işlənib yoxlanılması;
  • Malın hərəkətinə nəzarət;
  • Bazar araşdırması aparmaq;
  • Sənəd dövriyyəsinə nəzarət
  • Satınalma müqavilələrinin tərtibatı
  • Keçirilmiş satınalmaların nəticələrinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesabat tərtib etmək
  • Aşkar edilmiş çatışmazlıqların aktlaşdırılması və mövcud çatışmazlıqların həlli istiqamətində addımların atılması
  • Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi
  • İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrası
  • Tədarükçülərlə qiymət və digər texniki göstəricilər barəsində danışıqlar aparılması
  • Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması

Namizədə tələblər:

  • Sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
  • Rus və ingilis dili arzu olunandır
  • Ali iqtisadi təhsil
  • Təchizat və logistika üzrə biliklər
  • Analitik düşüncə, ünsiyyət qurma və danışıqların aparılması üzrə bacarıqlar
  • Excel biliyi;
  • Market şəbəkələri ilə iş təcrübəsi.
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq
  • Komandada işləmə bacarığı

İş şəraiti:

  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
  • İş yeri: Nərimanov rayonu, Arif Heydərov küç., 120-122;

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində Satınalma üzrə mütəxəssis qeyd edərək e-ünvanına göndərə bilərlər. 

Nəzərinizə çatdırırıq ki, müraciət sıxlığından dolayı yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.