Böyük Mühasib

  • MSDIS Holding
  • Elanın qoyulma tarixi: 19.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Funksiyaları:

  • Holdingin rəsmi hesabatlarının tərtip olunması;
  • Vergi hesabatlarının tərtip olunması (ƏDV, ÖMV, mənfəət v.s);
  • Statistik hesabatların tərtip olunması (aylıq,rüblük);
  • Sosial hesabatların yoxlanması;
  • DSMF-ə hesabatların təqdim olunması;
  • Holdingin daxili proqramına əsasən 1C proqramında bütün müxabirləşmələrə nəzarət;
  • Vergidən daxil olunmuş məktublara düzgün və operativ cavab verilməsi;
  • Maliyyə sabitliyinin təmin edilməsi üçün, müəssisənin strukturunu və fəaliyyətinin xüsusiyyətlərini nəzərə alaraq mühasibat uçotu haqqında qanunvericiliyə uyğun uçot siyasətini formalaşdırılması;
  • Təsərrüfat əməliyyatlarının keçirilməsinə, mühasibat informasiyalarının işləmə texnologiyasına və sənəd dövriyyəsinin qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
  • Müəssisədə və onun bölmələrində mühasibat uçotu və hesabatının səmərəli təşkilini təmin edilməsi;
  • Müəssisənin fəaliyyəti, əmlakın vəziyyəti, gəlir və xərcləri barədə tam və doğru mühasibat informasiyanın formalaşmasını və vaxtında təqdim edilməsini təmin edilməsi;
  • Sənədlərin qanuni, vaxtında və düzgün tərtib edilməsini təmin edilməsi və aidiyyati dövlət qurumlarına göndərilməsi;
  • Əməliyyatların mühasibat uçotunun, onların hərəkəti ilə əlaqədar, hesablarda vaxtında öz əksini tapmasını təşkil edilməsi.

Tələblər:

  • 25-45 yaş arası olması;
  • 3-5 il müvafiq sahadə təcrübə;
  • İqtisadi sahədə ali təhsil;
  • İstehsalat sahəsində təcrübə;
  • 1C (8.3) və Ofis proqramlarını mükəmməl bilməsi;
  • Rəhbərliyin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrası;
  • Diqqətli və məsuliyyətli olması.

İş rejimi: Həftə içi 6 gün 10:00-18:00, Şənbə 10:00-14:00 iş saatı.

Əmək haqqı razılaşma ilə. İşə qəbul AR qanunvericiliyinə uyğun olaraq aparılır.

Uyğun namizədlərin subject hissəsində vəzifənin adını qeyd edərək email ünvanına CV-lərini göndərməkləri xahiş