Texniki mühəndis

  • MSDIS Holding
  • Elanın qoyulma tarixi: 02.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tender Çizgiləri və texniki tələblərə uyğun olaraq BOQ hazırlanması ;
  • Faktiki çizgilərə əsasən ölçülərin verilməsi;
  • Tender zaman gələn texniki məlumatların yoxlanılması
  • Layihə ilə bağlı proqresin sənədləşdirilməsi və çatışmayan sənədlər barəsində rəhbərə məlumat verilməsi;
  • Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
  • Tender sənədlərinin hazırlanması və Tenderin keçirilməsinə birbaşa iştirak;
  • Texniki iclaslarda iştirak , mövcud problemlərin müzakirəsi və həlli istiqamətində addımların atılması ; 
  • Digər iş növləri ilə koordinasiyanın edilməsi ; 
  • Mexaniki işlərlə bağlı smetanın hazırlanması , işçi qüvvəsi və material hesabatı hazırlanması
  • Subpodratçılar və Sifarişçi ilə mübahisəli mövzuların müzakirəsi və həlliLayihəçi ilə BoQ , spesifikasiya və cizgilərdə olan uyğunsuzluqların aydınlaşdırılması.

Tələblər:

  • Yaş həddi: 30-55;
  • Sənaye,mülki tikinti,yol və inşaat mühəndisliyi üzrə ali təhsil;
  • Minimum 5 il inşaat sahəsi üzrə ümumi təcrübə;
  • MS Word, MS Excel, MS Project (MS Excel yüksək səviyyədə tələb olunur)
  • Rus dili arzu olunandır.
  • Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktları bilmək;
  • Tikintidə layihə-smeta sənədlərinin hazırlanması, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
  •  Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
  •  Smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin preyskurant topluları və avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydalarını;
  • Əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
  • ARƏM əsasən işə qəbul;
  • Əlaqə nömrəsi: 051-201-21-97

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Texniki mühəndis (smeta)" qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.