Baş mühasib

  • MSDIS Holding
  • Elanın qoyulma tarixi: 12.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Müəssisənin təsəsrrüfat- maliyyə fəaliyyətinin mühasibat uçotunu təşkilini təmin edilməsi;
  • Maliyyə sabitliyinin təmin edilməsi üçün, müəssisənin strukturunu və fəaliyyətinin xüsusiyyətlərini nəzərə alaraq mühasibat uçotu haqqında qanunvericiliyə uyğun uçot siyasətini formalaşdırılması;
  • Daxili mühasibat hesabatında nümunəvi sənəd formaları nəzərdə tutulmayan halda, təsərrüfat əməliyyatlarının tərtibatında istifadə edilməsi üçün ilkin uçot sənədlərinin formalarının və hesabların işçi planının hazırlanması və qəbul edilməsinə rəhbərlik edilməsi;
  • İnventarlaşdırmaların keçirmə qaydalarını təmin edilməsi;
  • Təsərrüfat əməliyyatlarının keçirilməsinə, mühasibat informasioiyalarının işləmə texnologiyasına və sənəd dövriyyəsinin qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
  • Müəssisədə və onun bölmələrində mühasibat uçotu və hesabatının səmərəli təşkilini təmin edilməsi;
  • Müəssisənin fəaliyyəti, əmlakın vəziyyəti, gəlir və xərcləri barədə tam və doğru mühasibat informasiyanın formalaşmasını və vaxtında təqdim edilməsini təmin edilməsi;
  • Sənədlərin qanuni, vaxtında və düzgün tərtib edilməsini təmin edilməsi;
  • Əməliyyatların mühasibat uçotunun, onların hərəkəti ilə əlaqədar, hesablarda vaxtında öz əksini tapmasını təşkil edilməsi;
  • Mühasibat işlərinə rəhbərlik edilməsi.

Tələblər: 

  • 25-45 yaş arası olması;
  • 3 ildən artıq təcrübə;
  • İqtisadi sahədə ali təhsil;
  • İstehsalat sahəsində təcrübə;
  • 1C (8.3), Ofis proqramlarını əla şəkildə bilməsi;
  • Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığı;
  • Gülərüzlülük və xoş ünsiyyət bacarığı;
  • Rəhbərliyin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrası;
  • Diqqətli və məsuliyyətli olması.

İş rejimi:

  • Həftə içi 5 gün 10:00-19:00 
  • Əmək haqqı NET 1500 AZN nəzərdə tutulub. İşə qəbul AR qanunvericiliyinə uyğun olaraq aparılır.

Komandamıza qoşulmaq istəyən və vakansiya tələblərinə uyğun olan şəxslərin CV formasını email adresinə göndərməsi xahiş olunur.