Tender üzrə mütəxəssis

  • Grinco
  • Elanın qoyulma tarixi: 19.12.2025

İşin təsviri

İş barədə məlumat:

  • Tender prosesində şirkətin təmsil olunması;
  • Dövlət və Kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlerin müəyyən edilməsi
  • Tələb olunan sənədlər toplusunun əldə olunması, dövlət orqanlarında təsdiqlənməsi və operativ şəkildə hazırlanması;
  • Tender təkliflərinin qeydiyyatının aparılması və onların saxlanılması;
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Tenderin nəticəsinə uyğun olaraq növbəti mərhələlər üzrə müqavilə və digər sənədləşmələri həyata keçirtmək;
  • İştirak edilən tenderlər haqqınbda dövrü hesabatlar hazırlamaq;
  • Müxtəlif platformalar üzrə tenderlərin izlənməsi və təhlilinin aparılması;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
  • Rəhbərliyin verdiyi tapşırıqları düzgün və vaxtında yerinə yetirmək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Cinsi: (xanım, bəy)
  • Yaş məhdudiyyəti: 22-30
  • Müvafiq sahə üzrə 1 ildən yuxarı iş təcrübəsi;
  • E-tender portalında işləmə bacarığı – müvafiq sahə üzrə iş təcrübəsi;
  • E-taxes online kargüzarlıq sistemində işləmə bacarığı;
  • İngilis və rus dilləri (ikisindən birini bilmək mütləqdir);
  • Ünsiyyət qurma, fikrini səlis izah edə bilmə qabiliyyəti
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • İntizamlılıq, punktuallıq,komandada işləmə bacarığı

İş şəraiti:

  • İş vaxtı 08:30 – 17:30 (6 günlük iş həftəsi)
  • İstirahət: Bazar günü.
  • Əmək haqqı: 700 azn+bonus
  • İşçilər Azərbaycan Respublikası Məcəlləsinə əsasən sənədləşdirilir.
  • İş yeri: Baki şəhəri, Rövşən Əliyev 1, Xətai ray. (Xətai m\s  yaxınlığı)

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Tender üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.