Çağrı mərkəzi operatoru

İşin təsviri

İş barədə məlumat:

  • Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması;
  • Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərin qiymətinin müştərilərə bildirilməsi;
  • Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda (gecikmə, çatışmazlıq və s.) müştəriyə dərhal məlumatın verilməsi;
  • Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı gedişatların sistemdə işlənilməsi:
  • İş rejimi: 6 gün saat 09:00-18:00 (6-cı gün saat 09:00-13:00)
  • İş yeri - Sumqayıt

Namizədə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili və rus dilləri (səlis); ingilis dili arzuolunandır
  • Kompüter bilikləri: MS Office (sərbəst); 1C proqramında işləmək arzuolunandır
  • Bakı şəhəri və Azərbaycanın regionları üzrə ərazi biliyi;
  • Müştəriyönümlü satış bacarığı; 
  • Effektiv ünsiyyət və razısalma bacarığı;
  • Aydın və səlis danışıq qabiliyyəti.

Zəhmət olmasa CV-nizi mövzu hissəsində qeyd olunan vakansiyanın adını qeyd etməklə  [email protected]    e-mail ünvanına göndərəsiniz.

Yalnız qeyd bölməsinə vakansiya elanın vəzifə adını yazmış və tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Yarat Construction MTK tərəfindən digər vakansiyalar