Satınalma meneceri

  • Mr.fix
  • Elanın qoyulma tarixi: 10.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • Daxil olan sorğulara müvafiq satınalma təkliflərinin hazırlanıb təqdim edilməsi;
  • Xarici və daxili tədarükçülərlə danışıqların aparılması;
  • Təchizat ilə əlaqər tədarükçülərdən təkliflərin alınması və uyğun olan tədarükçünün seçimi;
  • Daxili və xarici bazar araşdırması işlərini həyata keçirmək;
  • Satınalma müqaviləsinin şərtlərinin icrasına nəzarət etmək, müqaviləyə uyğun olaraq son haqq-hesab aparılanadək alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktlarını yoxlamaq;
  • Sifariş prosesi bitənədək bütün proseslərə nəzarətin edilməsi və proses zamanı bütün risk və nöqsanların aradan qaldırılması;
  • Gömrük işlərində yaranan problemlər zamanı problemin yerində həlli yolları;
  • Satınalma ilə əlaqəli məlumatların toplanması  və hesabatların hazırlanması;
  • İş saatı: 08.30-17.30

Tələblər:

  • Kişi işçi;
  • Ali təhsil ;
  • İş təcrübəsi minimum 3 il;
  • Müstəsna kommunikasiya və ünsiyyət qabiliyyətlərinə malik; 
  • Güclü analitik və məntiqi düşünmə bacarıqları ilə mürəkkəb məsələləri  müəyyən və həll etmək qabiliyyəti olan;
  • Mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı olan;
  • Microsoft ofis proqramlarının yüksək səviyyədə  bilmə bacarığı olan;
  • Rus və ingilis  dillərində mükəmməl danışıq və yazma qabiliyyəti.

Maaş müsahibə zamanı təyin ediləcəkdir.

 Bu vakansiya üçün e-poçtuna mövzu hissəsinə "Satınalma meneceri" qeyd edib [email protected] göndəriniz. Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi

Mr.fix tərəfindən digər vakansiyalar