İşin təsviri
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
- Müəssisədə əməyin mühafizəsi işinin təşkil etmək və əlaqələndirmək;
- Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görmək;
- İş yerində baş verə biləcək bədbəxt hadisələrin analizini etmək, onların qarşısının alınması üçün tədbirlər hazırlamaq;
- Mövcud olan və yeni alınan avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət etmək;
- Müəssisədə işçilərin əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
- İşçilərin fərdi mühafizə vasitələrinin düzgün tətbiq və istifadə edilməsinə nəzarət etmək;
- İşçilərin əməyin mühafizəsi üzrə təlimin, biliklərin yoxlanmasının və hər cür təlimatlandırmanın vaxtında və keyfiyyətli keçməsini təmin etmək;
- Əməyin mühafizəsi üzrə tətbiq edilən yerli qanunvericilik və digər normativ hüquqi aktların tələblərini işçilərin nəzərinə çatdırmaq.
TƏLƏBLƏR
- Ali təhsilli; ( mühəndis-texkini sahələr üzrə təhsili olanlara üstünlük verilir);
- Minimal iş təcrübəsi: 1 il (istehsalat üzrə);
- Dil bilikləri: Azərbaycan (ingilis dili arzuolunandır)
- Kompüter bilikləri: MS Office (Outlook, Word, Excel) proqramları;
- Sertifikat: Sahə üzrə sertifikatlara sahib olmalı - FHN şəhadətnamə və s.
- ISO14001:2015, ISO45001:2018 standartları üzrə daxili auditor sertifikatları arzuolunandır;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının və beynəlxalq standartların tələbləri üzrə biliklərə malik olmalı;
- Fövqəladə hallar zamanı davranış qaydalarını bilməli;
- Təqdimat hazırlama və təqdim etmə bacarığı olmalı;
- Növbəli iş qrafikində işləməyə hazır olmalı;
İŞ ŞƏRAİTİ
- İş vaxtı: 6 gün
- Əmək haqqı - 1000 net
- İş yeri: Sumqayıt Kimya Sənaye Parkı
Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni elektron poçt ünvanına mövzu yerində “Sətəm üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.