İşin təsviri
- Xam maddə, yarımməhsul və hazır məhsul, köməkçi, işlətmə sərf və digər maddələrin kimyəvi-fiziki analizlərini aparılması.
- Analiz qeydiyyatlarının aparılması və nəticələrin vaxtında məsul şəxslərə bildirilməsi;
- Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələri standartlarla müqayisə edilməsi;
- Kimyəvi maddə, reaktiv və hazırlanan məhlulların effektivliyini və sərfiyyatını hesablaması;
- Laboratoriyada istifadə olunan məhlul və qarışıqların hazırlanması;
- Müxtəlif metodikalarla araşdırma analizlərini keçirilməsi və nəticələrin müqayisə edilməsi;
- Cihazların vaxtaşırı (iş təlimatlarına uyğun) kalibrasiyasının edilməsi;
- Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
Tələblər:
- Kimya mühəndisliyi ixtisası üzrə ali təhsil;
- 2 illik iş təcrübəsinə sahib olmalı;
- Azərbaycan dili - əla səviyyədə, rus və ingilis dilləri - yaxşı səviyyədə bilən namizədlərə üstünlük;
- Komanda ilə işləmə bacarığı olmalı;
- Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair bilikləri olmalı;
- Araşdırma və analizetmə bacarığı olmalı;
- Analizlər üçün nümunə alma qaydalarını bilməli;
- Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
- Laboratoriya cihazlarına aid standart maddə və materialların istifadə, saxlama və daşıma qaydalarını bilməli;
- Kimyəvi reaktivlərin, maddələrin saxlanma şərtlərini bilməlidir.
İş şəraiti:
- İş qrafiki: növbəli (08:30-20:30 – ayda 15-16 növbə), gecə növbəsi yoxdur
- Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə
- Sınaq müddətindən sonra könüllü tibbi sığorta
- İş yeri: Sumqayıt Sənaye Parkı
Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni email ünvanına mövzu yerində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.