İşin təsviri
Vəzifə öhdəlikləri:
- Departamentləri ofis avadanlıqları ilə təmin etmək.
- Ofis ləvazimatları və avadanlıqlarını satın almaq, anbarda müvafiq qaydada saxlamaq, ofis ləvazimatları inventarını nəzarətdə saxlamaq, satın alınmış avadanlıqları yoxlamaq və təsdiq etmək, ofis avadanlıqlarının fasiləsiz işləməsini nəzarətdə saxlamaq
- Satıcılar (istehsalçılar), xidmət provayderləri, icarədarlar ilə müqavilə və qiymət danışıqları aparmaq, o cümlədən, bütün məhsullara görə hesab-fakturaları ödəniş üçün vaxtında mühasibə təqdim etmək
- Şirkət tədbirlərini planlaşdırmaq və icrasında aktiv iştirak etmək
- Fayl sistemlərini hazırlanmaq
- Sənədlərin saxlanılması üçün prosedurlara riayət etmək
- Uçuş, otel və maşın icarəsi daxil olmaqla yerli və beynəlxalq səyahətləri təşkil etmək
- Qonaqları salamlamaq, daxil olan telefon zənglərini cavablandırmaq və müştərilərə şirkətin xidmətlərini təqdim etmək
- Görüş və iclasları təşkil etmək, işçilərin təqvim və cədvəllərini idarə etmək
- Poçt və göndəriş paketlərini təmin etmək
- Ofis sahəsinin bütün ərazilərini idarə etmək/infrastrukturu planlamaq (zəruri halda, ofis ərazisində dəyişiklikləri etmək)
- Ofis xadimələrinin işinə nəzarət etmək
- Təhtəl hesab şəxs üzrə avans hesabatlarının hazırlanmasını təmin etmək
- Şirkətin əsas və az qiymətli vəsaitlərinin uçotunun aparılmasını təmin etmək.
- Buraxılış icazələrinin alınmasını təmin etmək
- Əməkdaşların xidməti vəsiqələrin təqdim edilməsini təmin etmək.
Bilik və bacarıqlar:
- Ali təhsil
- Ofis inzibatçılığı, ofis menecment sahəsində ən azı 1 il təcrübə
- Mükəmməl vaxtın idarə edilməsi və bir neçə işi yerinə yetirə bilmək bacarığı
- Detallara diqqət və problemlərin həll etmə bacarığı
- Güclü təşkilati və planlama bacarığı
- MS Office proqramlarında işləmə bacarığı
- Biznes və idarəetmə prinsiplərinin anlamaq bacarığı
- Ünsiyyət bacarığı
- Planlaşdırma və təşkilatçılıq
- Təşəbbüskarlıq
- Dürüstlük
- Komanda İşi
Müraciət edilən vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə 05.01.2022-ci il tarixinədək CV-nizi göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.
Email: [email protected]