Nisyə satış üzrə mütəxəssis

  • Mandarin.az
  • Elanın qoyulma tarixi: 01.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Onlayn nisyə mal almaq məqsədilə müraciət edən müştəriləri qəbul etmək;
  • Müştərilərə mövcud məhsulların tələb və şərtləri haqqında məlumat vermək; 
  • Nisyə satış üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
  • Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək;
  • Nisyə satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək;
  • Nisyə satış üçün tələb olunan sənədləri qanunvericiliyə və daxili qaydalara uyğun rəsmiləşdirmək;
  • Yoxlama nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;
  • Əməliyyat sisteminin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Daxili qaydalara uyğun olaraq həvalə olunmuş tapşırıqları yerinə yetirmək;
  • Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək;
  • Baş verən fors major-hadisələr barədə rəhbərinə  məlumat vermək;

Tələblər:

  • Bu sahədə ən az 1 il iş təcrübəsi
  • Elektronika sahəsində təcrübə
  • Analitik düşüncə qabiliyəti.
  • Səlist nitq qabiliyyəti
  • MS Office proqramlarında səlis işləmə bacarığı
  • Kollektivlə işləmə bacarığı, ünsiyyətcil olmalı.
  • Məlumat təhlili və proqnozlaşdırma üsulları haqqında anlayış
  • Azərbaycan və  rus dillərini mükəmməl səviyyədə bilmək

İş qrafiki:

  • 6 günlük qrafik- həftədə bir gün istirahət
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətədavamlıdır.
  • Satışa əsasən bonus sistemi mövcuddur.

Vakansiyaya müraciət üçün CV-nizi “Nisyə satış ürə mütəxəssis” mövzusu ilə [email protected] göndərməyiniz xahiş olunur.