Debitor borc üzrə mühasib

  • Mandarin.az
  • Elanın qoyulma tarixi: 28.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Debitor borclarının izlənməsi və təhlili;
  • Şübhəli Debitor borclarının müəyyən edilməsi;
  • “Aging” hesabatlarının hazırlanması;
  • Avans sahiblərinin balanslarına nəzarət etmək;
  • Müştərilər ilə üzləşmə aktlarını/hesabatlarını hazırlamaq;
  • Debitor balans hesabatını müvafiq maraqlı tərəflərlə təhlil etmək;
  • Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvləri və uyğunsuzluqları aradan qaldırmaq;
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
  • Aylıq maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsinə dəstək verilməsi;
  • Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
  • Açıq PM və AR hesablarının qısa zamanda ödənilməsi və yaxud ödənişə zəmanətin alınması;
  • Ayda ən azı bir dəfə problemli borclara dair iclaslarda müzakirə etmək, təhlil etmək və sonda lazımi tədbirlərin görülməsini təmin etmək;
  • Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Debitorların izlənilməsi və ödənişləri təmin etmək, hesabların yazılması, gündəlik E-qaimə tərtib edilib göndərilməsi;

Tələblər:

  • Ali təhsilli olmalı;
  • Maliyyə sahəsində 1-3 illik təcrübə;
  • Güclü proses və planlaşdırma təcrübəsi;
  • İşə strukturlaşdırılmış və proses yönümlü yanaşmaya malik olmalı;
  • Microsoft Word, Excel, PowerPoint komputer proqramlarını bilməli;
  • Elektron cədvəl və yazı bacarıqları olmalı;
  • Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli;

İş qrafiki: 5 günlük
Əmək haqqı müsahibə əsasında təyin ediləcək.

Vakansiyaya müraciət üçün CV-nizi “Debitor borc üzrə mühasib” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Email: [email protected]