Satınalma və planlama üzrə mütəxəssis

  • Mandarin.az
  • Elanın qoyulma tarixi: 05.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Satınalma prosesini vaxtında,prosedur və qaydalara uyğun olaraq icra etmək;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkili;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək olmaq;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması,təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Sifarişçilər və satış ilə bağlı məlumatları hazırlamaq və sistemə daxil etmək;
  • Təchizatçılar və satınalmalar barədə məlumatları hazırlamaq və sistemə daxil etmək;
  • Sifariş və xərclərini əsaslandırmaq, təşkilatın fəaliyyət məqsədlərinə uyğunluğunu təmin etmək;
  • Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
  • Satınalmaların qeydiyyatını aparmaq və nəzarət etmək;
  • Gəlir-xərc məlumatlarını müvafiq qaydada yeniləmək;
  • Hesabatların hazırlanması və analizi;

Tələblər:

  • Ali təhsil.
  • İngilis dili ve Rus dilini bilməsi.
  • MS Office mutleq bilmek, 1C programlarında işləmə bacarığı arzu olunandır.
  • Minimum 1-3 il müvafiq sahə üzrə əmək fəaliyyəti olmalı.
  • Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək.
  • Xarici satınalma və təchizat sahəsində təcrübə mütləqdir (2 sahədən birinin bilmesi mutleqdir.)
  • Elektron məhsulların satınalma və planlaması üzrə biliyi olan namizədlərə üstünlük veriləcəkdir.

İş qrafiki: 5 günlük

Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətədavamlıdır.

Vakansiyaya müraciət üçün CV-nizi “Satınalma və planlama üzrə mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.