Satış nümayəndəsi

  • Mandarin.az
  • Elanın qoyulma tarixi: 18.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Sifarişləri vaxtında tələb olunan ünvanlara çatdırmaq;
  • Sifarişləri dəqiq ünvana təhvil vermək üçün müştərilərlə əlaqə saxlamaq;
  • Məhsulların qəbul edilməsi və təhvil verilməsi zamanı təmizlik, təhlükəsizlik qaydalarına və intizama riayət etmək;
  • Müştərilərdən ödənişlərin toplanması (nəğd və post terminallarla);
  • Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək;
  • Müştərilərlə bağlanacaq müqavilələri müvafiq şöbələr təhvil vermək;
  • Təhvil verilən məhsulun lazım gəldikdə müştəriyə nümayiş etdirilməsi, məlumatın verilməsi.

Tələblər:

  • Elektronika məhsullarının satışı sahəsində təcrübə
  • Satışları təhlil etmək bacarığı;
  • Bakı şəhərini yaxşı tanımalı;
  • Yaxşı ünsiyyət və yaxşı təqdimat bacarıqlarına malik olmalı;
  • İnkişafa meyilli;
  • Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı;
  • Yaş həddi - 23-40 arası.
  • Rus dilini yaxşı bilməli

Qeyd: Elektronika məhsulları üzrə biliklərin olması mütləqdir.

Əmək haqqı yüksək və rəqabətlidir.

İş qrafiki: 6 günlük, həftədə bir dəfə qrafikə əsasən istirahət.

Məhsulların çatdırılması zamanı nəqliyyat(sürücü ilə birlikdə) və işçi heyəti şirkət tərəfindən təqdim edilir.

Vakansiyaya müraciət üçün CV-nizi “Satış nümayəndəsi” mövzusu ilə [email protected] göndərməyiniz xahiş olunur.