Kadr kargüzarlığı üzrə aparıcı mütəxəssis

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 11.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əmək müqavilələrinin bağlanması və ona dəyişikliklərin edilməsinin sənədləşdirilməsini təmin etmək;
  • Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərin tamlığının yoxlanılması. İşçilərin şəxsi işlərini formalaşdırmaq və qorunmasını təmin etmək;
  • Əmək müqaviləsinin İşəgötürən və işçi tərəfindən ləğv edilməsi, müddətinin uzadılması, xitam verilməsi və xitam verilərkən işçilərin təminatlarının sənədləşdirilməsini təmin etmək;
  • Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotunun aparılması, əmək müqavilələrinin,əmrlərin, digər rəsmi sənədlərin saxlanılmasını təmin etmək;
  • İşçilərin əmək fəaliyyəti haqqında sənədin və müvafiq ödənclərin haqq-hesab sənədlərinin tərtib olunması. İşçiyə arayışların, xasiyyətnamənin hazırlanmasını təmin etmək;
  • Elektron imza ilə kadr kargüzarlığına aid bütün növ əməliyyatların e-gov.az elektron hökumət protalına daxil olunmasını və dəyişikliklərin aparılmasını təmin etmək;
  • Əməyin ödənilməsi normalarının sənədləşdirilməsini təmin etmək;
  • İşçilərin haqq-hesab sənədləri, əmək haqqından tutulmalara yol verilən hallar və onların icrası qaydası və qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərə digər təminatların verilməsinin tənzimlənməsinin sənədləşdirilməsini təmin etmək;
  • Mükafatlandırılma, əmək və icra intizamının pozulmasına görə intizam tənbehinin verilməsinin tənzimlənməsinin sənədləşdirilməsini təmin etmək;
  • Maddi məsuliyyət və onun həlli yollarının sənədləşdirilməsini təmin etmək;
  • İşçilərin sosial sığorta olunmasının tənzimlənməsinin sənədləşdirilməsini təmin etmək;
  • Kadr kargüzarlığna aid aylıq (rüblük,illik)hesabatları hazırlamaq və təqdim etmək;
  • Zərurət yarandığı halda iş vaxtının növləri və tənzimlənməsi, iş vaxtının rejimi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarında istifadənin tənzimlənməsinin sənədləşdirilməsində iştirak etmək;

Tələblər:

  • Təhsil: Ali;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsini əla səviyyədə bilməli;
  • Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür.
  • Kadr kargüzarlığı sahəsində minimum 2 il təcrübəsi olmalıdır;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə " Kadr kargüzarlığı üzrə aparıcı mütəxəssis " qeyd etməklə [email protected] göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi