İşin təsviri
Xüsusi tələblər:
- Ali təhsil (Maliyyə və ya Texniki sahə arzuolunandır);
- ERP proqramlarında 1–3 il iş təcrübəsi;
- Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Yeni istifadəçilərin yaradılması və sistem daxilində vəzifələr üzrə səlahiyyətlərin təyin edilməsi;
- Kampaniyaların mexanizminin ERP sistemində tanıdılması;
- Sistem daxilində yeni iş yerlərinin, mağazaların və digər konfiqurasiya elementlərinin açılması;
- SQL vasitəsilə toplu əməliyyatların icrası (məlumatların yenilənməsi, düzəlişlər);
- Yeni tətbiq olunacaq modulların test edilməsi, problem və uyğunsuzluqların aşkarlanması;
- ERP sistemində kartların yaradılması və qiymət parametrlərinin tanıdılması və nəzarətdə saxlanılması;
- ERP sistemi üzrə performans yoxlamaları, səhvlərin aşkarlanması və düzəldilməsi;
- Sistemdə edilən dəyişikliklər üzrə sənədləşdirmə işləri, istifadəçi təlimatı və proseslərinin hazırlanması;
- Digər departamentlərlə qarşılıqlı əlaqə qurulması (maliyyə, satış, logistika və s.) və tələblərin sistemə inteqrasiyası;
Müvafiq tələblərə uyğun olan namizədlər Müraciət Et düyməsində qeyd olunan link vasitəsi ilə müraciət edə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.