İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
 
	- Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
 
	- Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
 
	- İş stajının hesabatını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
 
	- İş vaxtının uçotu cədvəlini hazırlayır və davamiyyətlə bağlı gündəlik qeydləri aparır;
 
	- İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
 
	- İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsini nəzarət edir;
 
	- Peşələr üzrə vəzifə təlimatlarının yazılması;
 
	- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;
 
Vəzifə ilə bağlı tələblər:
	- İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə Xarici Universitet dərəcəsi tələb olunur.
 
	- MS Office, Elektron Hökümət Portalından istifadə qaydalarını bilməli;
 
	- AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
 
	- MS Office (MS Word, MS Excel) üzrə biliyin olması;
 
	- Əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi olmalıdır;
 
	- Sərbəst Azərbaycan və İngilis dilini bilmək;
 
	- Yüksək analitik qabiliyyəti, Təşkilatçılıq və liderlik bacarıqları
 
	- KPI sisteminin inkişafı
 
İş qrafiki: 09:00-19:00/ 6 gün.
İş yeri: Darnagul, Ziya Bunyatov 2113
Əmək haqqı məbləği namizədin kvalifikasiyasına uyğun olaraq təyin ediləcək
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini mövzu hissəsində vəzifənin adını (“İR üzrə bölmə mütəxəssis”) qeyd etməklə [email protected] email adresinə göndərə bilərlər.