Təchizat üzrə mütəxəssis

  • MSDIS Holding
  • Elanın qoyulma tarixi: 28.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətdaxili sifarişlərin yerinə yetirilməsi və icrasına nəzarət edilməsi;
  • Təchizat üzrə sənədləşmələrin düzgün şəkildə yerinə yetirilməsi;
  • Alınması zəruri hesab edilən mal, xidmət və ya işlərlə bağlı təchizatçı şirkətlərin müəyyən edilməsi, uyğun şirkətlərlə müqavilələrin bağlanması;
  • Təchizat barədə bazarın araşdırılması və danışıqların aparılması;
  • Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması;
  • Görülən işlər barədə aylıq və illik hesabatların aparılması;
  • Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, rus dili üstünlükdür;
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • İntizamlılıq, komandada işləmə bacarığı

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
  • İş yeri: Nərimanov rayonu, Arif Heydərov küç., 120-122;

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində Təchizat üzrə mütəxəssis qeyd edərək göndərə bilərlər. 

Nəzərinizə çatdırırıq ki, müraciət sıxlığından dolayı yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.