Təchizatçı

İşin təsviri

Məsuliyyətlər:

  • Şirkət üçün tələb olunan məhsul, avadanlıq, material və xidmətlərin yerli və xarici bazardan satın alınmasını təşkil etmək.
  • Təchizatçıların seçilməsi, qiymətləndirilməsi və müqayisəsinin aparılması.
  • Daxili şöbələrdən daxil olan satınalma tələbləri üzrə prosesin icrasını təmin etmək.
  • Satınalmanın bütün əsas mərhələlərinə nəzarət etmək: sorğu → qiymət → sifariş → daşınma → təhvil.

Əsas vəzifə öhdəlikləri:

  • Təchizatçıların araşdırılması və seçilməsi
  • Potensial yerli və xarici təchizatçıların araşdırılması.
  • Qiymət, çatdırılma müddəti və təklif şərtləri üzrə müqayisə aparmaq.
  • Təchizatçılarla əlaqə saxlamaq və qiymət sorğuları göndərmək.
  • Danışıqlar və qiymət razılaşmaları
  • Təchizatçılarla qiymət və ödəniş şərtləri üzrə danışıqlar aparmaq.
  • Ən sərfəli və uyğun təklifləri seçmək.
  • Endirim imkanlarının qiymətləndirilməsi və müzakirə olunması.
  • Sifarişlərin verilməsi və sənədləşmə
  • Xarici satınalma (Import) proseslərinin idarə edilməsi.
  • Xarici təchizatlarda logistika şirkətləri ilə əlaqə saxlamaq.
  • Daşınma, kargo və digər logistika proseslərini izləmək.
  • Gömrük sənədlərinə dəstək vermək və malların izlənməsini təmin etmək.
  • Çatdırılma və təhvil prosesi,
  • Sifarişlərin vaxtında və düzgün çatdırılmasını təmin etmək.
  • Anbarla birlikdə malların təhvil-təslimi prosesini koordinasiya etmək.
  • Təhvil-təslim sənədlərini yoxlamaq və müvafiq şöbələrə təqdim etmək.
  • Maliyyə və Hesabatlılıq
  • Ödəniş proseslərində maliyyə şöbəsi ilə koordinasiya etmək.
  • Həftəlik və aylıq satınalma hesabatlarının hazırlanması.
  • Büdcəyə uyğun satınalmaların aparılması.
  • Şirkətdaxili əməkdaşlıq
  • Şöbələrdən daxil olan tələbləri qəbul edib icra etmək.
  • Anbar, satış, istehsal, maliyyə və digər şöbələrlə koordinasiyalı işləmək.
  • Planlı və təcili sifarişlərin icrasında prioritetləri düzgün müəyyənləşdirmək.

Vəzifənin tələbləri:

  • Təhsil Ali təhsil 
  • Təcrübə Satınalma, təchizat və ya logistika üzrə təcrübənin olması üstünlükdür.

Bacarıqlar:

  • İngilis dili B1–B2 səviyyəsində.
  • Microsoft Excel, Word, Outlook proqramlarında sərbəstlik.
  • Danışıqlar aparma bacarığı.
  • Analitik düşüncə və qiymət müqayisəsi aparmaq bacarığı.
  • Sənədləşmə və yazışma bacarıqları

Əməkhaqqı: Başlanğıc 500 AZN net

Universiteti yeni bitirmiş, işləmək arzusunda olan çevik və məsuliyyətli şəxslər müraciət edə bilərlər. İş öyrədilir.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: +994502902924 Safe Life MMC  insan resurslari uzrə mütəxəssis Zaur Rzazadə