Müştəri Xidmətləri şöbəsinin rəhbəri

  • Mover LLC
  • Elanın qoyulma tarixi: 25.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştəri məmnuniyətini təmin etmək məqsədilə bütün müştəri sorğularının operativ şəkildə cavablandırılmasının koordinasiya edilməsi;
  • Həm komanda üzvləri, həm də müştərilər üçün müştəri xidmətləri proseslərinin perfomans/səmərəlilik göstəricilərinə əsasən (yenidən) müəyyən və idarə olunması;
  • Müştəri xidmətlərinin səmərəliliyinin, keyfiyyətinin mütəmadi ölçülməsi və artırılması;
  • Bölmənin siyasət və prosedurlarının, standart cavablarının (FAQ) hazırlanmasının təmin edilməsi;
  • Şikayətlərin idarə olunması prosesinin qurulması və inkişaf etdirilməsi;
  • İşçilərin qiymətləndirilməsi və mükafatlandırılması üçün komanda üzvlərinin performansı ilə bağlı rəhbərliyə və İnsan resursları şöbəsinə ətraflı statistik rəy bildirilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların öz səlahiyyəti çərçivəsində yerinə yetirilməsi.

Tələblər:

  • İqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil;
  • Müştəri xidmətləri sahəsində minimum 2 illik iş təcrübəsi;
  • Mükəmməl səviyyədə Azərbaycan və rus dili, orta səviyyədə ingilis dili;
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • Biznes düşüncəsi və analitik zəkaya sahib olmalı;
  • Müştəri fokuslu və yüksək müştəri məmnuniyyəti əldə etməyə yönümlü;
  • Güclü liderlik və idarəçilik qabiliyyəti;
  • Məsuliyyətli, çevik, təşəbbüskar və yenilikçi olmalı.

Vakansiya ilə maraqlanan namizədlər [email protected] email adresinə CV-lərini mövzu hissəsində “Müştəri Xidmətləri şöbəsinin rəhbəri” qeyd edərək göndərə bilərlər.

İşəgötürənin reytinqi