Mühasib

  • Mover LLC
  • Elanın qoyulma tarixi: 11.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədlərin hazırlanması;
  • İşçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması;
  • Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edilməsi;
  • Şirkətin daxili və xarici bank köçürmələrinin icrası;
  • Mühasibat, vergi uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların aparılması;
  • Online kargüzarlıq və e-qaimə portallarında işlərin görülməsi;
  • Vergilər Nazirliyi, DSMF və s. dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları vaxtında təqdim edilməsi;
  • Hesablarda mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsinin həyata keçirilməsi, bu barədə birbaşa rəhbərinə məlumat və hesabat verilməsi.

Tələblər:

  • Təhsil: Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə); 
  • İş təcrübəsi: Bu sahə üzrə 2 ildən çox iş təcrübəsi;
  • Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə biliklər;
  • MS Office (güclü səviyyədə Excel) bilikləri;, 1C 8.3 
  • Beynəlxalq daşıma və ya gömrük sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək göndərə bilərlər.

İşəgötürənin reytinqi