İnsan resursları üzrə aparıcı mütəxəssis

  • Mover LLC
  • Elanın qoyulma tarixi: 15.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşçinin işə qəbulu, vəzifə dəyişikliyi, işdən azad və s. müvafiq proseslərinin bilavasitə Əmək Qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi;
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, məzuniyyət qrafiklərinin tərtib edilməsi, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə ümumi proses olaraq nəzarət edilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və əmək kitabçalarının doldurulması;
  • Əmək müqaviləsinin şərtlərini və müəssisədaxili intizam qaydalarını pozduğu təqdirdə işçilərin izahatlarının alınması və müvafiq intizam tədbirlərinin görülməsi;
  • İşə qəbul prosesinin aparılması;
  • Aylıq olaraq işçilərin davamiyyətlərinə nəzarət edilməsi və davamiyyətsizlik hallarında müvafiq tədbirlərin görülməsi, tabelin hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların öz səlahiyyəti çərçivəsində yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • İnsan resursları sahəsində minimum 2 illik iş təcrübəsi; 
  • Mükəmməl səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis dili;
  • Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məsuliyyətli, çevik və səbirli olmalı;
  • Analitik düşüncə və problemləri həll etmə bacarığı;
  • Komandada işləmək bacarığı.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd edərək [email protected] göndərə bilərlər.

İşəgötürənin reytinqi