Operator (call center)

İşin təsviri

Tələblər:

• Təhsil: orta-ixtisas / ali;
• İş stajı : müvafiq sahədə ən azı 1-2 il;
• Dil biliyi : Azərbaycan dilində səlis danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;
• Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
• Kollektivdə işləmək bacarığı;
• Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.

Əsas vəzifələr:

• Daxil olan telefon zənglərinin cavablandırılması;
• Kompüterdə zənglərin qeydiyyatını aparmaq;
• Şirkətin məhsulları haqqında tam məlumatlı olmalı;
• Müştərilərin verdiyi sualların dolğun və ətraflı şəkildə cavablandırılması;
• zəng mərkəzinə gələn təkliflərin və şikayətlərin qəbul edilməsi;

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Ə/h: 300;
• İş yeri: İnqilab;
• Karyera yüksəlişi imkanı;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Operator” qeyd edərək [email protected] electron ünvanına CV ilə müraciət edə bilərlər.

İşəgötürənin reytinqi