SMM Mütəxəssis

İşin təsviri

Tələblər:

• Ali təhsil (jurnalistika, filologiya, marketinq və ya pedaqoji sahə üzrə)
• Sosial Media Marketinq (SMM) üzrə bilik və min.1-2 il iş təcrübəsi
• Qrafik dizayn qabiliyyəti (Coral draw, Adobe Products, Creative Cloud-üstünlükdür)
• Azərbaycan dilində yüksək səviyyədə yazı bacarığı/qabiliyyəti,
• Foto/video çəkiliş aparmaq bacarığı
• Punktual, məsuliyyətli, kreativ
• Diqqətli
• Rus dili-İnglis dili biliyi üstünlükdür.
• İKT sahəsi üzrə müvafiq bilik və bacarıqlar.

Öhdəliklər:

• Fəaliyyətə uyğun olaraq yüksək keyfiyyətdə kontentin (mətn, foto, video) hazırlanması, veb-sayt və sosial mediada yerləşdirilməsi,
• Hazırlanmış materialın sosial mediada təşviqi və kreativ yanaşmanın tətbiqi,
• Şirkətin sosial media səhifələrinin idarə olunması,
• Canlı yayımların təşkil olunması,
• İzləyici kütləsi ilə kommunikasiyanın qurulması,
• Sosial şəbəkələrdə və saytda carı aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət və sosial şəbəkələrdə aksiyaların keçirilməsinə dair büdcənin müəyyənləşdirilməsi, büdcə xərcləri hesabatının aparılması,
• Sosial media və rəqəmsal marketinq sahəsində ən son tendensiya, yenilik və texnologiyalardan xəbərdar olmaq.

Məşğulluq:

• Tam, Həftə içi 5 gün, 09:00-18:00
• Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsinə əsasən razılaşdırılacaqdır.

Uyğun namizədlərdən CV-ni [email protected] elektron ünvanına mövzu bölməsində vəzifənin adı (SMM Mütəxəssis) yazmaqla 05.10.2021-ci il tarixədək göndərmələri xahiş olunur.

Sizi komandamızda görməkdən məmnun olarıq!