İnzibati işlər üzrə mütəxəssis

İşin təsviri

Vəzifəyə daxildir, lakin bunlarla məhdudlaşmır:

  • Ofislərin təsdiq olunmuş siyasət və prosedurlara müvafiq olaraq dəftərxana ləvazimatları, formalar, ofis materialları və avadanlıqlarla təchiz olunmasını təmin etmək. 
  • Bütün şöbələrə dəftərxana ləvazimatlarına dair aylıq tələbnamələrin toplanmasını əlaqələndirmək.  
  • Müqavilələr üzrə xidmət haqlarının (qiymətlərin) həqiqiliyini və bütün müqavilələrin xərclər baxımından sərfəli olmasını təmin etmək.
  • Telefonlara peşəkərcasına cavab verilməsini və daxil olan zənglərin səmərəli şəkildə ünvanlarına çatdırılmasını təmin etmək.
  • Arxiv və Ofis İşləri üzrə işçilərin istiqamətləndirmək.
  • Ofisin qrafik üzrə təmizlənməsini və bütün zamanlarda idarədə peşəkar mühitin saxlanılmasını təmin etmək.
  • Mətbəx avadanlıqlarının “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəziın siyasət və prosedurlarına uyğun şəkildə təchiz edilməsini və onların təmiz və saz vəziyyətdə olmasını təmin etmək.
  • Təşkilatın təhlükəsizlik işlərinin təşkilinə nəzarət etmək və qoyulmuş təhlükəsizlik protokollarının tam yerinə yetirilməsini təmin etmək.
  • “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzin təyinati sürücülərinə nəzarət etmək.
  • Tələb olunduqda təyinati “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinə gələn və ya oradan gedən heyət üzvləri və ya qonaqlar üçün logistik işlərini həyata keçirmək.
  • Poçt vasitəsi ilə daxil olan göndərilən bütün məktub, teleqram, və s-ləri qəbul etmək, qeydiyyata almaq və qovluğa tikmək.
  • Sürücülərin qrafiklərinə nəzarət, gündəlik marşrutun müəyyənləşdirilməsi və yanacaq sərfiyyatının yoxlanılması.
  • Öz səlahiyyətləri daxilində qərarların qəbul edilməsi
  • Lazım gəldikdə digər “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinin şöbələrinə tərtibetmə, surətçıxartma,cildləmə və ya digər sənəd hazırlama işlərində kömək etmək. 
  • Lazım gəldikdə Maliyyə təlimatının maddələrinə uyğun Təhləthesab şəxs kimi xidmət götərmək.
  • Lazım gəldikdə, bu iş təsvirlərində qeyd olunmamış digər inzbati tapşırıqları yerinə yetirmək. 

Tələblər:

  • Ali təhsil
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır)
  • Kompüter bilikləri: MS Office,
  • Yaş həddi: 20-30 yaş.

Fərdi keyfiyyətlər:

  • Yüksək danışıq və yazışma qabiliyyəti; 
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti; 
  • Məsuliyyətli, operativ, və aktiv olmalı; 

Təminatlar:

  • Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir;
  • İş qrafiki: Həftə içi 5 gün 08:30-17:30. İstirahət günləri (şənbə və bazar);
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır

Müraciət etmə qaydaları:

Təsvir edilən vəzifə Sizin üçün maraqlıdırsa, təhsilverənlərin və təhsil sahəsi liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsil sahəsinin strategiyasının effektiv tətbiqinə dəstək olmaq istəyirsinizsə, onda  müraciət etmək üçün 5 dekabr 2023 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi e-mail ünvanına göndərin. Mövzu hissəsində “İnzibati işlər üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

HR komandamızdan xəbər almağı gözləyin!

Diqqət: Namizədlər ilkin CV yoxlanışından keçəcəklər. YALNIZ CV-nin yoxlanılması əsasında uğur qazanan namizədlərlə e-poçt və/və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar.