Monitorinq və qiymətləndirmə üzrə şöbə müdiri

İşin təsviri

Vəzifəyə daxildir, lakin bunlarla məhdudlaşmır:

  • Şöbənin fəaliyyətinin təşkil edilməsi və şöbəyə rəhbərliyin həyata keçirilməsi;
  • Şöbənin işçilərin həvəsləndirilməsi və ya onlara intizam tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı rəhbərliyə təkliflərin verilməsi;
  • Şöbənin vəzifələrini yerinə yetirilməsi üçün digər struktur bölmələrdən zəruri olan məlumatların və sənədlərin əldə edilməsi;
  • Şöbənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxılması və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün müvafiq işlərin həyata keçirilməsi;
  • Şöbənin cari, rüblük və illik fəaliyyətini əks etdirən hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Təlimlər başlamazdan əvvəl təlimçilər üçün təlimatlandırma sənədinin yenilənməsi və təlimçilər üçün təlimatlandırmanın keçirilməsi;
  • Monitorinq üzrə ezamiyyələrin təşkil edilməsi;
  • Şirkətin həyata keçirdiyi təlimlərin (dövlət sifarişi və ödənişli əsaslarla təşkil olunan təlimlər) monitorinq və qiymətləndirilməsinin (təlim məzmununun effektifliyi, təlimlərin təşkili səviyyəsi və təlimçi səriştəsi) həyata keçirilməsinin təmin olunması;
  • Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
  • Monitorinq və qiymətləndirmə nəticələrinə uyğun olaraq təlimçilərin təkmilləşdirilməsi (təlim, mentorluq, konstruktiv rəy, müzakirə və s.) prosesinin təşkil edilməsi;
  • Təhsil işçilərinin təlim ehtiyaclarının müəyyənləşdirilməsi üçün sorğuların hazırlanması, keçirilməsi, təhlil edilməsi və təkliflərin hazırlanması;
  • Məhsulun və xidmətin keyfiyyəti ilə bağlı müştəri rəylərin ölçülməsi, araşdırılması və nəticələri ilə bağlı hesabatların rəhbərliyə təqdim olunması;
  • Təlimçilərin stimullaşdırılması, motivasiyalarının artırılması istiqamətində təkliflərin hazırlanması və qəbul olunan təkliflərin icrasına dəstəyin verilməsi;
  • Departamentin digər şöbələrinə lazımi metodik və texniki dəstəyin verilməsi.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Ali təhsil (Pedaqoji) və müvafiq sahə üzrə təhsil sahəsində ən azı 5 il iş stajı;
  • Fəaliyyətlərin daim monitorinq və qiymətləndirilməsi ilə bağlı praktiki bilik və bacarıqlar;
  • Planlaşdırma, ümumiləşdirmə və hesabatlılıq bacarığı ;
  • Müşahidə, təhlil və təqdimetmə bacarıqları;
  • Konfliktləri idarəetmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Ofis proqramları (MS Office) və təqdimat proqramları (PowerPoint və s.) üzrə peşəkar təcrübə;
  • Orfoqrafik və qrammatik qaydalara uyğun yazı bacarığı;
  • Dil Bilikləri: Azərbaycan dili – səlist; İngilis dili – Orta səviyyə; Rus dili – üstünlük olaraq dəyərləndiriləcək.

Müraciət etmə qaydaları:

Təsvir edilən vəzifə Sizin üçün maraqlıdırsa, təhsilverənlərin və təhsil sahəsi liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsil sahəsinin strategiyasının effektiv tətbiqinə dəstək olmaq istəyirsinizsə, onda müraciət etmək üçün 14 oktyabr 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi göndərin. Mövzu hissəsində “Monitorinq və Qiymətləndirmə üzrə Şöbə Müdiri” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

HR komandamızdan xəbər almağı gözləyin!

Diqqət: Namizədlər ilkin CV yoxlanışından keçəcəklər. YALNIZ CV-nin yoxlanılması əsasında uğur qazanan namizədlərlə e-poçt və/və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar.

Email: [email protected]