İşin təsviri
Vəzifənin təsviri: Avtomobilin düzgün idarə olunması, əməkdaşların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək və vaxtında çatdırılması. Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi. Yanacaq xərci təmin olunur.
Vəzifəyə daxildir, lakin bunlarla məhdudlaşmır:
- Sərnişinlərin və əşyaların daşınması
- İşin icrasından sonra yol vərəqələrinin doldurulması
- Sənədlərin aidiyyatı təşkilatlara çatdırılması
- Qonaqların qarşılanması
- Nəqliyyat vasitəsinin sazlığının və təmizliyinin təmin edilməsi
- Avtonəqliyyat vasitəsini təmiz və saz vəziyyətdə saxlamaq, təmirə ehtiyac yaranan zaman əlaqədar şəxslər məlumatlandırmaq;
- Səhhəti ilə əlaqədar, həkim təyinatı vasitəsilə psixotrop təsir edən dərmanlar qəbul olunarsa, bu zaman Rəhbərlik məlumatlandırılmalıdır və avtonəqliyyat vasitəsinin istismarı dayandırılmalıdır;
- Atonəqliyyat vasitəsini idarə edən zaman diskomfort yaratmalı, nəzakətlo olmalı və hər bir cənətdən təhlükəsizlik tədbirləri görülməlidir;
- Rəhbərlik tərəfindən vəzifəsinə dair tapşırılan digər işlər
- Vəzifə öhdəliklərinin icrası zamanı əməyin mühafizəsi təhlükəsizlik texnikasının və keyfiyyət üzrə idarəetmə sisteminin tələblərinə riayyət edir;
Tələblər:
- Yaş həddi: 25-45
- İş təcrübəsi: 2 ildən yuxarı
- BC kateqoriyalı sürücülük vəsiqəsi
- Yol hərəkəti qaydalarının yüksək səviyyədə biliyi
- Şəxsi avtomobili
- Bakı şəhəri və Abşeron rayonu üzrə ərazi biliyi
Təminatlar:
- İş qrafiki: Həftə içi 5 gün 08:30-17:30. İstirahət günləri (şənbə və bazar);
- Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
- Avtomobil yanacağı müəssisə tərəfindən qarşılanır
Müraciət etmə qaydaları:
Təsvir edilən vəzifə Sizin üçün maraqlıdırsa, təhsilverənlərin və təhsil sahəsi liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsil sahəsinin strategiyasının effektiv tətbiqinə dəstək olmaq istəyirsinizsə, onda müraciət etmək üçün 25 avqust 2024-cü il (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi ünvanına göndərin. Mövzu hissəsində “Sürücü” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
HR komandamızdan xəbər almağı gözləyin!
Diqqət: Namizədlər ilkin CV yoxlanışından keçəcəklər. YALNIZ CV-nin yoxlanılması əsasında uğur qazanan namizədlərlə e-poçt və/və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar