Məzmun və Təlimçi hazırlığı üzrə Baş mütəxəssis

İşin təsviri

Vəzifəyə daxildir, lakin bunlarla məhdudlaşmır:

  • Məzmun və Təlimçi hazırlığı şöbəsinin fəaliyyət planının hazırlanması və icrasına nəzarətin edilməsi;
  • Şirkətin fəaliyyət planına aid təkliflərin verilməsi;
  • Məzmun və Təlimçi hazırlığı şöbəsinin fəaliyyət istiqamətinə aid olan müvafiq elmi-metodiki xidmətin vəziyyətinin öyrənilməsi, yerli və beynəlxalq təcrübənin araşdırılması və işin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması;
  • Məzmun və Təlimçi hazırlığı şöbəsinin vəzifələrini yerinə yetirilməsi üçün digər struktur bölmələrdən zəruri olan məlumatların və sənədlərin əldə edilməsi;
  • Şöbəyə daxil olmuş müraciətləri (e-poçt, zəng, votsap və s.) qəbul edilməsi, qeyd olunan müraciətin araşdırılması və cavablandırılması;
  • Təhsil işçilərinin təlim ehtiyaclarının müəyyənləşdirilməsi üçün təhsil ictimaiyyəti ilə görüşlərin keçirilməsi, sorğular hazırlanması və aparılması, nəticələrin təhlil edilməsi və təkliflərin hazırlanması;
  • Yerli və beynəlxalq tenderlərdə, qrant müsabiqələrdə iştirak üçün keyfiyyət təklifinin hazırlanması; 
  • Məzmun hazırlığı üçün ekspertlərin seçilməsi, məzmun hazırlığı prosedurunun hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Məzmun hazırlığı prosesinin icra planına uyğun yerinə yetirilməsinə nəzarətin edilməsi;
  • İxtisasartırma, stajkeçmə və təkmilləşdirmə təlimlərinin məzmununun hazırlanması üçün araşdırmanın aparılması, məzmunun birbaşa hazırlanması və ya məzmun üzrə ekspertlərin işlərinə metodik rəylərin veriməsi, redaktə işlərinin həyata keçirilməsi, dizayn işlərini görülməsi;
  • Məzmun hazırlığına cəlb olunan ekspertlərin işlərinin qiymətləndirilməsi;
  • Yeni pedaqoji və təhsil texnologiyalarını öyrənilməsi, onların ölkə təhsilində tətbiqi imkanlarını araşdırılması, təkliflər və tövsiyələrin hazırlanması;
  • Təlimçilərin təkmilləşdirilməsi və yenidən hazırlanmasının yerinə yetirilməsi;
  • Təlimçilərlə işin genişləndirilməsi, onların motivasiyalarının gücləndirilməsi məqsədilə müsabiqələr, yay məktəbləri və digər tədbirlər keçirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Məzmun və Təlimçi hazırlığı şöbəsinin cari, rüblük və illik fəaliyyətini əks etdirən hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Təlimlər başlamazdan əvvəl təlimçilər üçün təlimatlandırma sənədinin yenilənməsi və təlimçilər üçün təlimatlandırmanın keçirilməsi;
  • Təhsil işçilərinin təlim ehtiyaclarının müəyyənləşdirilməsi üçün sorğuların hazırlanması, keçirilməsi, təhlil edilməsi və təkliflərin hazırlanması;
  • Departamentin ümumi fəaliyyətinə töhfə verəcək fəalliyyətlərin həyata keçirilməsi;
  • Departamentin digər şöbələrinə lazımi metodik və informasiya dəstəyinin verilməsi.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Ali təhsil (Pedaqoji);
  • Pedaqoji və müvafiq sahə üzrə təhsil sahəsində, və ya Təlimçi təcrübəsi üzrə ən azı 5 il iş təcrübəsi;
  • Təhsil qanunvericiliyi haqqında məlumatlılıq;
  • Məzmun və təlimçi hazırlığı üzrə təcrübə;
  • Redaktə bacarığı;
  • Konfliktləri idarəetmə bacarığı;
  • Müzakirəyə və innovasiyalara açıq olmaq bacarığı;
  • İKT sahəsi üzrə müvafiq bilik və bacarıqlar;
  • Müasir informasiya mənbələri ilə işləmə bacarığı;
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı;
  • Bir neçə tapşırığın öhdəsindən gəlmək və verilənləri qiymətləndirmək və təhlil etmək bacarığı;
  • Təsirli və yüksək Ünsiyyət (həm şifahi, həm də yazılı), Təqdimat bacarıqları;
  • Vaxtın mükəmməl İdarə Edilməsi və Təşkilatçılıq bacarıqları;
  • Ofis proqramları (MS Office) və təqdimat proqramları (PowerPoint və s.) üzrə peşəkar təcrübə;
  • Orfoqrafik və qrammatik qaydalara uyğun yazı bacarığı;
  • Dil Bilikləri: Azərbaycan dili – səlist; İngilis dili – Orta səviyyə; Rus dili – üstünlük olaraq dəyərləndiriləcək.

Müraciət etmə qaydaları:

Təsvir edilən vəzifə Sizin üçün maraqlıdırsa, təhsilverənlərin və təhsil sahəsi liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsil sahəsinin strategiyasının effektiv tətbiqinə dəstək olmaq istəyirsinizsə, onda 

müraciət etmək üçün 31 avqust 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi göndərin. Mövzu hissəsində “Məzmun və Təlimçi hazırlığı üzrə Baş mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

HR komandamızdan xəbər almağı gözləyin!

Diqqət: Namizədlər ilkin CV yoxlanışından keçəcəklər. YALNIZ CV-nin yoxlanılması əsasında uğur qazanan namizədlərlə e-poçt və/və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar.

Email: [email protected]