Korporativ kommunikasiya şöbəsinin baş mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 17.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

1. Şirkətin xarici və daxili kommunikasiya fəaliyyətlərində iştirak edərək kontenti yaratmaq və koordinasiya etmək.
2. Şirkətin kommunikasiya planını və strategiyasını hazırlamaq.
3. Şirkətin xarici kommunikasiya kanalları vasitəsi ilə yayılacaq kontenti idarə etmək.
4. Daxil olan kontentlərin emalını və analizini aparmaq.
5. Yaradıcı mətnləri yaratmaq və yeni təkliflər vermək.
6. Şirkətin adından daxili və xarici tədbirlərin və layihələrin müvafiq işlərini apararaq təşkil etmək.
7. Korporativ sosial məsuliyyət fəaliyyətlərini təşkil etmək.
8. Video və foto materialları hazırlamaq.
9. Media ilə əlaqələri qurmaq və koordinasiya etmək.

Namizədə olan tələblər:

- İş təcrübəsi: Korporativ Kommunikasiya və ya media sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: İstənilən sahə üzrə bakalavr dərəcəsi.
 -Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: əla.
- Üstünlüklər: Natiqlik bacarıqları, Veb resursların idarə olunması, Kopiraytinq, Maliyyə bilikləri, Qrafik dizayn proqramları üzrə bacarıqlar.
- Kompüter bilikləri: MS Word: əla, MS PowerPoint: əla, MS Outlook: əla, MS Office: orta.
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, Komanda işi və Əməkdaşlıq, Biznes tərəfdaşlığı, Inam Yaratma, Geniş Perspektiv, Dinamikanı Anlamaq.
- Liderlik səriştələri: strateji düşünmə, ruhlandırma, istedadı inkişaf etdirmə, təsir göstərmə, nəticəyə istiqamətləndirmə.

İmtiyazlar:

- Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi