Satışa Dəstək üzrə Operator

  • Office Lines LLC
  • Elanın qoyulma tarixi: 15.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Müştəri müqavilələrinin hazırlanması
- Yeni və mövcud müştərilər üçün Satış meneceri ilə razılaşdırılmış qiymət siyasəti əsasında kommersiya təkliflərini hazırlamaq
- Sifarişləri qəbul etmək və qeydiyyata almaq
- Müştərilərdən gələn müxtərlif sorğulara, məhsullar və digər xidmətlərlə əlaqədar suallara cavab vermək
- Müştərilərə yeni məhsullar, yeni kampaniyalar haqqında məlumat vermək
- Satışı prioritet olan məhsullaın satışını təşviq etmək
- Müştərilərlə qarşılıqlı razılaşdırma aktlarının və 1C sistemdə hesab fakturaların hazırlanması
- Daxil olan zəngləri qəbul etmək, cavablandırmaq və ehtiyac olduqda satış menecerlərinə yönəltmək

VƏZİFƏ ÜZRƏ İLKİN TƏLƏBLƏR:

- Əvvəllər çağrı mərkəzi və ya müştəri xidməti şöbəsində iş təcrübəsi
- Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət aparmaq bacarığı (ingilis dili bilgisi üstünlük hesab edilir)
- ERP proqramlarla işləmə bacarığı
- İşə müştəri yönümlü (customer-friendly) münasibət
- Problemləri tez və effektiv həll edə bilmə qabiliyyəti
- Korporativ müştərilərlə düzgün ünsiyyət bacarıqları
- Stressə və iş yükünə davamlılıq

TƏMİNATLAR:

- Əmək haqqı: 400 AZN aylıq maaş + aylıq və rüblük bonuslar
- Nahar təminatı
- Telefon xərclərinin qarşılanması
- İş günləri və saatları: bazar ertəsi-cümə, 09:00-18:00

E-mail: [email protected]