İşin təsviri
                
                
                                
                Əmək haqqı: 450 AZN + bonuslar
İş günləri: bazar ertəsi – cümə, 09:00-18:00. Şənbə günü: qısa iş günü
Bazar günləri, bayram günləri – qeyri-iş günləri
Tam rəsmi əmək münasibətləri.
Hesabatlılıq: Logistika şöbəsinin müdiri.
Əsas vəzifə öhdəlikləri: 
	- Anbara daxil olan malları düzgün və effektiv qaydada yerləşdirmək
- Anbara daxil olan müştəri sifarişləri gecikdirmədən və effektiv yığmaq və hazır vəziyyətə gətirmək
- Təhvil-təslim proseduruna tam əməl etmək 
- Malları düzgün təhvil vermək və müvafiq sənədlərə lazımi məlumatları qeyd etmək
- Təhvil zamanı ortaya çıxan səhvləri və problemləri yerindəcə aşkarlamaq və supervayzerə bildirmək 
- Anbara geri qaytarılan malları təyin edilmiş prosedura uyğun qəbul etmək 
- Anbarda mal çatışmazlığı barədə supervayzerə məlumat vermək
- Anbarın səliqəsi və təhlükəsizliyi üçün məsuliyyət daşımaq  
- “İmtina” mallar barədə Alış şöbəsini məlumatlandırmaq 
- Sayım prosesində iştirak etmək və müvafiq hesabatları vermək 
- İnventarın kodlaşdırılması prosesində iştirak etmək 
- Anbarda mövcud olan malları yaxşı tanımaq və yeni daxil olan malları öyrənmək
- Supervayzer tərəfindən təyin edilmiş digər işlər   
Vəzifə üzrə ilkin tələblər: 
	- Anbarda işləmək üçün fiziki sağlam vəziyyət 
- Sənədlərlə işləmək bacarığı 
- Verilmiş vaxt çərçivəsində işlərin görülməsi bacarığı 
- Anbarda olan mallar barədə biliklərin olması 
- Dəqiqlik, səliqəlilik və punktuallıq.
Maraqlanan şəxslər CV-lərini Jobsearch – Anbardar yazısını qeyd etməklə göndərə bilərlər
Email: [email protected]