Tədarük-Təchizat Şöbəsinin Müdiri

  • Office Lines LLC
  • Elanın qoyulma tarixi: 24.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Şirkətin ümumi satınalma və tədarük funksiyası üçün məsuliyyət və cavabdehlik daşımaq  
  • Siyasətlər, təlimatlar, prosedurlar və s. daxil olmaqla şirkətin strateji tədarük/təchizat planı hazırlamaq və icra etmək 
  • Təchizatçının seçilməsi və ya əməkdaşlığın dayandırılması, eləcə də təchizatçılarla əlaqədar qərarlar, qiymətləndirmə və təchizatçı zəncirinin rasionallaşdırılması üçün məsuliyyət daşımaq 
  • Ölkə daxilində və xaricində təchizatçılarla münasibətləri idarə etmək və danışıqların məsul şəxs statusunda və strateji səviyyədə aparılmasına nail olmaq 
  • Şöbə əməkdaşlarının işinə rəhbərlik və nəzarət etmək. İşçilərin yüksək səviyyəli iş icrasına nail olmaq üçün onları öyrətmək, yönləndirmək və inkişaf etdirmək 
  • Davamlı olaraq anbarda mal qalığı vəziyyətini, bazardakı şərtləri və qoyulmuş proqnozları real şirkət satışları ilə müqaviyəli şəkildə təhlil etmək 
  • Anbarda mal tükənməsi və imtina vəziyyətlərinin qarşısını almaq; təchizatçılara geri iadə prosesinə nəzarət etmək 
  • Cari təchizatçı qiymətləri, çatdırılma şərtləri və s. nəzarət etmək və Office Lines üçün ən sərfəli həll yollarına nail olmaq 
  • Şöbənin ümumi işini idarə etmək, hədəfləri müəyyən etmək və qoyulmuş tapşırıqların icrasını izləmək 
  • Təyin edilmiş bütün tapşırıqların aydın, ünvanlı və sənədləşdirilmiş formada olmasına nail olmaq 

Namizədə tələblər:

  • Ali təhsil (bakalavr və ya bənzər dərəcə)
  • Yüksək səviyyəli liderlik və idarəçilik bacarıqları 
  • Təchizat zəncirinn idarə edilməsi və ya korporativ təchizat sahəsində iş təcrübəsi 
  • Yüksək analitik və problemləri həll etmə bacarıqları
  • Excel və ERP proqramlarda işləmə bacarığı
  • Şirkətin işinə dəyər qatmaq, xərcləri azaltmaq və şirkətin fəaliyyətini yaxşılaşdırmaq bacarıqları
  • Müqavilələrin və digər sənədlərin idarə edilməsində təcrübə
  • İşlərin düzgün bölgüsü və paylaşdırılması, imtinaların idarə edilməsi, hədəflərə çatmaq üçün bilik və bacarıqlar 

Bu vakansiya üçün müraciət forması:

  • Özlərini bu vəzifə üçün uyğun hesab edən namizələr peşəkar CV-lərini “Tədarük-Təchizat Şöbəsinin Müdiri” sözlərini qeyd etməklə göndərə bilərlər.