Sürücü (şəxsi yük avtomobili ilə)

  • Office Lines LLC
  • Elanın qoyulma tarixi: 08.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Müştəri sifarişləri günün müvafiq hissəsi üçün təyin edilmiş qrafik əsasında çatdırmaq
  • Lazım gəldikdə malların fiziki danışmasında iştirak etmək
  • Müştəriləri sifarişlərinin vaxtında çatdırılması üçün ən effektiv yolları seçmək 
  • Nəqliyyat vasitələrinin xarici və daxili hissələrinin səliqəli olmasına cavabdeh olmaq
  • Nəqliyyat vasitələrində olan nasazlıqları vaxtında aşkarlamaq və həll etmək; texniki problemlərin sifarişlərin vaxtında çatdırılmasına mane olmasına imkan verməmək
  • Malların maksimum səliqəli və qüsursuz daşınması üçün nəqliyyat vasitəsini düzgün idarə etmək
  • Lazım gəldikdə rayon reyslərinə çıxmaq və emazamiyyətlər üçün hazır olmaq

Vəzifə üzrə ilkin tələblər:

  • Ən azı 3-5 illik sürücülük təcrübəsi 
  • Şəxsi yük avtomobili (ford transit və ya bu ölçüdə digər avtomobil)
  • Şəhəri və region yollarını tanımaq və düzgün yol seçmə qabiliyyəti  
  • Sürücü vəzifəsini icra etmək üçün fiziki sağlamlıq 
  • Dəqiqlik, səliqəlilik və punktuallıq

İş şərtləri:

  • Əmək haqqı 725 AZN (NET) + aylıq bonuslar 
  • Nahar təminatı  
  • Yanacaq təminatı