İnsan Resursları üzrə mütəxəssis

  • Elanın qoyulma tarixi: 05.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər əməliyyatların qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
- Müəssisədəki işcilərin şəxsi qovluqlarının hazırlanması və müvafiq dəyişiklər olduqda yenilənməsi;
- E-gov portalında əməliyyatların icra edilməsi, elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi;
- İşçilərin vəzifə təlimatlarının hazırlanmasının müvafiq xətt menecerləri ilə həyata keçisilməsi;
- İşçilərin gündəlik davamiyyətinin nəzarəti və davamiyyətdə olan uyğunsuzluqların bildirilməsi;
- Əmək haqqı kartlarının “online banking” sistemi üzərindən sifariş olunması;
- İşçilərlə bağlı müvafiq məlumatların və hesabatların hazırlanması.

Əsas tələblər:

- İnsan Resusrlarının İdarəedilməsi, Biznesin İdarəedilməsi və ya digər aidiyyəti sahə üzrə ali təhsil;
- Minimum 4 illik iş təcrübəsi;
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yüksək səviyyədə bilməli;
- Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı;
- MS Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
- Azərbaycan və Rus dillərini yüksək səviyyədə bilməli;

Vakansiyaya müraciət üçün mövzu yerində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək CV formasının [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.