Gömrük işləri üzrə mütəxəssis

  • MSDIS Holding
  • Elanın qoyulma tarixi: 02.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Gömrük proseslərinə nəzarət edilməsi;
- Gömrük bəyannamələrinin tərtib olunması və yoxlanılması;
- İdxal və ixrac olunan malların marşrut xətti üzrə izlənilməsi və nəzarətdə saxlanılması;
- Gömrük yoxlanışında olan malların şirkət anbarına düzgün şəkildə çatdırılmasının və təhvil verilməsinin təmin edilməsi;
- Müqavilələrin və sifariş formalarının hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

- Ali təhsil;
- Logistika və ixrac əməliyyatları sahəsində 1-3 il iş təcrübəsi arzuolunandır;
- İdxal, ixrac prosesi və logistika haqqında anlayış;
- Azərbaycan dilini əla, rus və ingilis dillərini orta səviyyədə bilməli;
- Microsoft Office (Word, Excel, PowerPoint, Outlook) proqramını bilməli;
- Yarana biləcək problemləri həll etmə bacarığı və analitik təfəkkür;
- Dürüst, səmimi, təşəbbüskarlıq qabiliyyəti və inkişafa meyllilik;
- Dəqiqlik, operativlik və kollektivdə işləmə bacarığı.

İş şəraiti:

- İş qrafiki: 5 iş günü;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
- AR ƏM əsasən işə qəbul;
- Əlaqə nömrəsi: 051-201-21-97, 051-201-21-18.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Gömrük işləri üzrə mütəxəssis" qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.