Marketing mütəxəssisi (V210710-1)

İşin təsviri

Tələb olunan təhsil istiqaməti/ixtisası:

- Biznesin idarə edilməsi;
- İqtisadiyyat;
- Marketinq

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 2 il
Tələb olunan komputer bilikləri:

- MS Word – sərbəst;
- MS Excel – sərbəst;
 -MS Power Point – sərbəst.

Tələb olunan xarici dil bilikləri: İngilis dili – sərbəst.

Vəzifə üzrə tələb olunan biliklər :

- Araşdırma metodları üzrə biliklər;
- Analitik alətlərlə işləmə bacarığı üzrə biliklər;
- Təqdimat və hesabatların hazırlanması üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Ümumi fərdi keyfiyyət meyarları:

- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:

- Keyfiyyət yönümlülük;
- Analitik düşüncə;
- Müştəri yönümlülük.

Digər tələb və üstünlük göstəriciləri: Araşdırma sahəsi üzrə beynəlxalq sertifikatlar, nəqliyyat və logistika sahəsində təcrübə, həmçinin Power BI, SPSS proqramları və rus dili biliyi arzuolunandır.

Vəzifə öhdəlikləri:

- Bazar araşdırmaları üzrə hesabat strukturlarının qurulması və təkmilləşdirilməsi;
- İstehlakçıların tələbləri və problemləri, potensial müştərilər, rəqiblərin fəaliyyəti, əmtəə birjasındakı qiymətlər, sənaye inkişafı, iqtisadiyyat və nəqliyyat sahəsində dövlətin strateji sənədləri və biznesə təsir edə bilən digər bazar şəraitləri haqqında araşdırma layihələrinin hazırlanması və monitorinqlərin aparılması;
- Biznes məqsədlərinə uyğun müştəri sorğularının, suallarının hazırlanması;
- Aparılmış sorğu və təhlillərə əsasən dövri hesabatların hazırlanması;
- Logistika və sərnişin daşımaları sahəsində beynəlxalq trendlərin izlənməsi;
- Araşdırma materiallarının təhlili əsasında biznesin inkişafına dair təkliflərin hazırlanması.

Son müraciət tarixi: 26.07.2021
Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get/1385#vp