Təchizat üzrə mütəxəssis

  • Novo Group
  • Elanın qoyulma tarixi: 01.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ÖHDƏLİKLƏR:

- Şöbələrdən daxil olan sifarişlər əsasında təchizat prosesini şirkət prosedurlarına uyğun olaraq aparmaq;
- Yerli və xarici bazar araşdırmaları həyata keçirmək və yeni təchizatçıları müəyyən edib, cəlb etmək;
- Danışıqlar aparmaq və endirimlər əldə etmək;
- Yerli və xarici təchizatçılardan təkliflər almaq, müqayisə cədvəllərini/təklifləri dəyərləndirmək və təsdiqə göndərmək;
- Alış müqavilələrini və sifariş tapşırıqlarını (Purchase Order) hazırlamaq və razılaşdırılmasını təşkil etmək;
- Daşıma və gömrük prosesini təşkil etmək;
- Sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılması işini təşkil etmək;
- Satınalmaların qeydiyyatını aparmaq və nəzarət etmək;
- Hesab-fakturaları, qaimə-fakturaları və digər ödəniş sənədlərini qəbul etmək, yoxlamaq və maliyyə şöbəsinə təqdim etmək;
- Satınalma üzrə bütün məlumatların kağız nüsxəsini saxlamaq;
- Struktur daxili müfaviq hesabatları hazırlamaq;
- Təchizatçıları ilkin olaraq dəyərləndirmək və onların fəaliyyətini vaxtaşırı qiymətləndirmək;

TƏLƏBLƏR

• Vəzifə üzrə 3 illik iş təcrübəsi
• Azərbaycan, Rus və İngilis dili biliyi
• ERP sistemində iş təcrübəsi
• İşinə məsuliyyətli yanaşma

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.