Baş mühasib

  • Novo Group
  • Elanın qoyulma tarixi: 05.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ÖHDƏLİKLƏR:

• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və reyestrlərdə düzgün əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək;
• Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarını (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş müddətlərdə tərtib edib aidiyyatı üzrə təqdimatını təmin etmək;
• Daxil olan və çıxan pul (valyuta) vəsaitlərinin, xammal, material və malların (hazır məhsulun) uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışının uçotunu, iş və xidmətlərin yerinə yetirilməsinin uçotunu, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqı və digər sosial xarakterli işçilərə ödəmələrin hesablanması və ödənilməsini, debitor və kreditorların uçotu, dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin və digər ayırmaların uçotunu düzgün təşkil və nəzarət etmək;
• Uçot siyasətinin şirkətin fəaliyyət növünə uyğunluğuna nəzarət etməklə, bu istiqamətdə mütəmadi təkmilləşdirmələr üzərində işləmək;
• Uçot sənədlərinin arxivləşdirilməsini təmin etmək;
• İllik mənfəət vergisi bəyannaməsini hazırlayıb təqdim etmək;
• İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
• Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək.

TƏLƏBLƏR:

• Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarını, Vergi, Sosial sığorta və Əmək qanunvericiliyini bilməli, eləcə də, qanunvericilikdə aparılan dəyişmələri mütəmadi olaraq yaxından izləmə qabiliyyətinə malik olmalı;
• Avtomatlaşdırılmış proqram təminatında (hər hansı bir növündə) işləmək və nəzarət etmək bacarığına malik olmalı;
• MS Excel proqramını yüksək səviyyədə bilməli;
• Baş mühasib sahəsində 5-7 illik təcrübə;
• Təhsil - bakalavr dərəcəsi;
• Təşəbbüskarlıq, özünü sübutetmə bacarığı;
• Nəticəyönümlülük və punktuallıq;
• Effektiv ünsiyyət.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.